Mühasib işləmək maraqlıdırmı?  (1-ci hissə)

birbank biznes

Mühasib işləməkMühasib işləmək maraqlıdırmı?

1-ci hissə

Bir çoxları mühasib peşəsinin usandırıcı, yeknəsək və maraqsız olduğunu hesab edirlər. Lakin, peşəkarlar bilirlər ki, bu heç də belə deyil. Uçot üzrə mütəxəssisin işi mürəkkəb məzmunlu, bəzən çətin situasiya və hallarla müşahidə olunan vəziyyətlərlə müşaiyət olunur.

Təcrübədən qaynaqlanan bir hadisə

Mən çox vaxt öz müştərilərimə ilkin sənədlərin qorunub saxlanılması qaydalarını izah etməli oluram. İdealda uçot üzrə mütəxəssislərdə hər şey sistemləşdirilməlidir. Hər şey sistemləşdirildikdə, müqavilələrin, aktların, nakladnoyların axtarışına əlavə zaman sərf etmək lazım gəlmir. Hər dəfə nə lazım gəldiyini nümayiş etdirməmək üçün çox vaxt bu nümunəni misal gətirirəm.

Bir dəfə işlərin həcmini dəyərləndirmək məqsədilə audit yoxlamasının keçirilməsi nəzərdə tutulan şirkətə getmişdim. Soruşuram: bütün sənədləriniz harada yerləşir və belə sənədlər çoxdurmu.

“Yox, elə də çox deyil, cəmi bir qutudur”, – deyə cavab verirlər. Və ardınca da soyuducunun yanında qoyulmuş orta ölçüdə və yuxarıyadək sənədlərlə qalaqlanmış karton qutunu göstərirlər. Sənədlər nizamsış şəkildə bir-birinin üstünə yığılıb, bu ki, tam səliqəsizlikdir, heç bir qayda gözlənilmir! İndi özünüz anlaya bilərsiniz ki, bu cür qarmaqarışıqlıqda lazım olan sənədin axtarışına nə qədər vaxt sərf olundu. Baxmayaraq ki, bu sənəd “anbarında” çoxdan axtarış aparılmadığı göz önündə idi.

Həmçinin bax: Uğurlu mühasib olmaq üçün 4 üsul

Nadir hadisə

Yekunda baş mühasib ifrat tədbirlərə əl atmaq qərarına gəldi və hiyləgər plan işləyib hazırladı: ertəsi gün səhər tezdən təchizatçı-müəssisənin baş direktoru işə getmək üçün evindən çıxıb öz maşınına yaxınlaşanda, avtomobilin dörd təkərinin də yırtıldığını gördü. Bomba eyni çuxura iki dəfə düşə bilməz, məşhur deyimi var ki, o da heç də həmişə özünü doğrultmur. Müştərilərimlə bağlı eyni gündə çox nadir iki hadisə baş vermişdi: mühasibat bazası bərpa olunma ehtimalı olmadan çökmüşdü və elə həmin anlarda üç il ərzində vergi yoxlaması aparılmayan müəssisəyə vergilər idarəsindən yoxlama gələcəyi ilə bağlı zəng edilmişdi. Nəticədə, yoxlamanı bir həftəliyə ertələmək mümkün oldu və iki qəşəng qadın – baş direktor və mühasib evlərinə getməyərək bütün həftəni ofisdə keçirməli oldular. Elə ofisdəki kiçik divanda gecələyirdilər. Böyük zəhmətlər hesabına yoxlamaya kimi baza məlumatlarını bərpa edib qurtara bildilər və təşkilat yoxlamanı uğurla başa vura bildi.

Həmçinin bax: Mühasib olmaq üçün 5 səbəb

Çətin şərait

Elə hallar da olur ki, texnika tab gətirməyib sıradan çıxır və mühasiblər öz işlərini  belə ağır şəraitdə də aparmağa məcbur qalırlar. İyulun axırları idi, dəhşətli istilər hökm sürürdü, şəhərdə asfalt az qala od tutub yanırdı, nəfəs almaq belə çətin idi. Elə həmin dövrdə bizim müştərilər öz gücləri ilə mühasibatlıq uçotunun bərpasına girişmişdilər. Həftədə bir dəfə yanıma gələrək, mühüm məsələlər üzrə və bərpa prosesi ilə bağlı məsləhətlər alırdılar. Yekunda isə mən yerinə yetirilmiş işləri yoxlamalıydım. Və nəhayət hər şey bərpa olunduqdan sonra yoxlamaya başlayıram. Bazanı açıb baxanda heç, nə baş verdiyini anlaya bilmirəm – hesablar üzrə bütün qalıqlar üçləşmişdi. Sən demə, müəssisə rəhbərliyi elektrik enerjisinə qənaət etmək məqsədilə mühasibatlıq şöbəsinə kondinsioner qoymadığından, otaqlarda temperatur kəskin yüksəlmiş və nəticədə texnika həmin istiliyə dözmədiyindən, kompüter sistemində nasazlıqlar yaratmışdı. Təəccüblüdür ki, rəhbərlik elə işçilər üzərində qənaət etməyə cəhd göstərmişdi ki, məhz, həmin əməkdaşlar müəssisənin hər bir qəpiyinə necə qənaət etmək barədə baş sındırırlar. Bu olay sonda xoşbəxt finalla nəticələnmişdi: proqramçılar bir neçə gün ərzində bazanı bərpa edə bilmişdilər, məzuniyyətdən qayıtdıqdan sonra bir daha uçotun düzgünlüyünü yoxladım, sentyabr ayının ilk günlərində isə vergi yoxlaması başlandı.

Həmçinin bax: Yaxşı mühasibi necə tapmalı?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email