Mühasib olmaq üçün lazım olan keyfiyyətləri bilirsinizmi? (1-ci hissə)

Mühasibat uçotu sahəsində mühasibin peşəkar qərarına təsir edən amillər aşağıdakı qruplara bölünür:

a) Şəxsi – konktret olaraq mühasibin şəxsiyyətini xarakterizə edən;

b) Psixoloji – konkret şəraitdə mühasibin təəssüratını və davranışını əks etdirən;

c) Təhsil;

d) Tədqiqatçılıq;

Bu həmçinin praktiki iş stajı və uçot prosesi sahəsində bilikləri əhatə edir. Tədqiqatçılıq isə sərbəst şəkildə düşünmək bacarığıdır. Bütün bunlara ətraf mühitin təsirini də əlavə etmək lazımdır.

Məlum olduğu kimi, insanlar temperamentə görə dörd başlıca növə ayrılırlar: sanqvinik, xolerik, fleqmatik və melanxolik.

Mühasib işinə daha çox fleqmatik temperamentli insanlar uyğun gəlir. Niyə? Çünki, fleqmatiklər özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Mimikaları kasıb, ifadəsiz olur. Diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əks olunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı, olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onların asanlıqla özlərindən çıxması halları olmur. Yeni adamlara çətin alışırlar.

Mühasib “işarə-sisteminin insanı” tipinə aiddir, hansı ki, ondan ötrü aparıcı əmək predmeti – şərti işarələr, rəqəmlər, şifrələr, təbii və ya süni dillərdir. Bu tipin peşəsinə aşağıdakılar daxildir:

a) Sənədlərin tərtibatı, kargüzarlıq, mətnlərin təhlili ilə əlaqəli işlər;

b) Əmək predmetinə rəqəmlər, say uyğunluğu və s. daxildir;

c) Şərti işarələr şəraiti sistemində məlumatların emalı ilə əlaqəli çalışmalar.

Bu qəbildən olan peşə sahibləri üçün zəruri olan meyillər və qabiliyyətlər bunlardır:

  • Nəzərəçarpacaq dərketmə fəallığı;
  • Diqqət möhkəmliyi;
  • Müşahidə qabiliyyəti;
  • Məsuliyyəti üzərinə götürmək bacarığı;
  • Təhlil etmə, öyrənmə, tədqiq etmə, müşahidə bacarıqları;
  • Hiss orqanlarının yüksək iş qabiliyyətliliyi.

 Dəyişən peşələr transformasiya, emal, nizama salma, təşkil etmə, təsir etmə və xidmət göstərmə ilə əlaqələndirilir. Bu qəbildən olan peşə üçün aşağıdakılar xarakterikdir:

a) Ətraf mühitə praktiki təsir göstərməyə meyillilik;

b) Fəallıq;

c) İşgüzarlıq;

d) Müşahidəçilik.

Fikrimizcə, mühasib peşəsi ilə bağlı bu cür qeyri-müəyyənliyin ortaya çıxması, yəni, onun bu və ya digər sinfə aid  edilməsi, baş mühasib vəzifəsinin qnostik (qnostisizm, xristianlığın ilk dövrlərində: xristian dini, yunan idealist fəlsəfəsi və şərq dinləri əsasında qurulan dini-fəlsəfi cərəyan, ilahi varlığın mövcudluğuna inanan, onu bilinən kimi qəbul edənlər) peşələrə aid olunması ilə bağlı ola bilər. Çünki baş mühasib peşəsi böyük məsuliyyət tələb edir, o elə bir bölməyə rəhbərlik edir ki, daim ora nəzarət etməlidir. Eyni zamanda mühasib peşəsi dəyişən peşələr sinfinə aid olunduğundan, digər işçi nümayəndələrinin nəzarətini də tələb etmir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *