Mühasib peşəsinə namizəd seçimi (2-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasib peşəsi üçün namizəd seçimi (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun


mühasib peşəsi

Mühasib peşəsi biznesdə ən vacib və məsuliyyətli vəzifələrdən biridir, pul qazanmaqla bağlı sıx bağlı olan bir peşədir.

Buna görə ideal mühasibin hansı keyfiyyətlərə malik olduğunu və şəxsi xüsusiyyətlərinə görə – danışıq tərzi, geyimi, suallara cavab verməsi və s. –  necə müəyyən edilə biləcəyini bilmək vacibdir. Yəni, hansı nitq modelləri və davranış əlamətləri mühasibin yerinə yetirdiyi vəzifələrə mükəmməl uyğun gəlir.

Qeyd edək ki, biz vəzifənin profilindən deyil, məhz şəxsiyyətin profilindən danışacağıq və başlanğıc üçün onların bir-birindən nə ilə fərqləndiyini və nədən ibarət olduğunu müəyyənləşdirəcəyik.

İddiaçının zahiri görkəmində məsuliyyət və səliqəliliyi nə göstərə bilər? Yalnız onun geyimi.

Mühasibliyə potensial namizəd qadındırsa və o, müsahibəyə həddən ziyadə parlaq makiyajda, dərin dekoltedə gəlirsə, bu çox pisdir. Vəziyyətə uyğun geyinmək lazımdır: evdə – ev geyimi, işdə iş geyimi, ofis geyim tərzi səliqəli və ütülü olmalıdır. Geyimdə səliqəlilik və təmizlik onu göstərir ki, insan özünə diqqət yetirir, öz zahiri görünüşünü izləyir. Belə adamlar həmişə təsadüfən geyimlərində haradasa ləkə salıb-salmadıqlarına belə diqqət yetirirlər. Belə adamlar müsahibatlıq işlərini də səliqə ilə aparacaqlar, hətta iş yerində kompüter ətrafında belə hər şey dəqiqliyi və səhmanlılığı ilə seçiləcək. Beyində qayda-qanun – stol üzərində də qayda-qanun deməkdir. Qarmaqarışıqlıq və xaosa yol verən, yoxlama aktını haraya qoyduğunu lap son məqamda xatırlayan mühasib heç kimə gərək deyil.

Detallılıq nitqdə də, danışıq üslubunda da özünü göstərməyə meyllidir. İddiaçıya belə bir sual verin: “əvvəlki iş yerində nə ilə məşğul olurdunuz?” və ya “öz ilk iş gününüzü necə təsəvvür edirsiniz?” və onun buna necə təfərrüatlı cavab verib-verməyəcəyini izləyin.

Detallılıq mühasib üçün çox mühümdür, əgər iddiaçı bu formada cavab verirsə, bu çox yaxşıdır:

– “mən işə gəldikdə, bütün kollektivlə tanış oluram, rəhbərlikdən mühasibatlıqda mənə aid olan blok məsələlərini dəqiqləşdirirəm, kimin burada əsas işçi olduğunu dəqiqləşdirirəm, otururam, özümə aid şeyləri yerləşdirirəm, kompüter proqramını öyrənməyə çalışıram…”.

Belə bir cavab isə arzuolunan deyil: “necə deyim? Adətən olduğu kimi! Gələcəm və öz mühasibatlıq işlərim ilə məşğul olacam…”.

Bir şəxsin gələcək iş haqqında nə qədər bütöv bir fikrə malik olduğunu aydınlaşdırmaq faydalıdır. Bunun onun xoşuna gəlib-gəlmədiyini müəyyənləşdirməyə çalışın, o, işi barədə ürəkdənmi danışır? Belə bir dəqiqləşdirici sual da yerinə düşərdi: “söyləyin, işinizdə məhz, nə xoşunuza gəlir?” Öz işinin incəliklərini sevmək mühasibdən ötrü çox mühümdür. Debetin kreditə uyğun gəlməsi, rəqəmlərdə qurdalanmaq, vergi müfəttişliyində olmaq və öz şirkətinin nüfuzunu müdafiə etmək, onun xoşuna gəlməlidir.

Bir çoxlarında ideal mühasib barədə belə bir təəssürat var: bu qırx yaşını ötmüş qadındır, onun zəhmli baxışları var.

Əgər bu baş mühasibdirsə, o təkcə öz yerində qayda-qanun yaratmaqla kifayətlənməyəcək, həm də qaydalara necə əməl olunması ilə bağlı digər şöbələrə də baş vuracaq, bütün sənədləşmələri vaxtında təhvil verilməsinə məcbur edəcək. Sərt qadın obrazı həqiqətən mühasib üçün ən yaxşı obraz kimi görünə bilir.

Bəli, bu insan bir qədər kobuddur. Çox yəqin ki, belə bir şəxslə neytral mövzularda – məsələn, “necə istirahət etdiniz?” kimi – ünsiyyət qurmaq bir qədər çətin olacaq. Əvəzində işdə ona həmişə etibar etmək olar, o sizi heç vaxt məyus etməyəcək: “bu tapşırığı yerinə yetirmək lazımdırsa, onu yerinə yetirməyənə kimi – stol arxasından durmayacağam”.

Maraqlanın, namizəd necə istirahət etməyi xoşlayır. İdeal profildə bu peşədən olan insan fiziki yüklənmə növündə istirahətə üstünlük verir. İdeal mühasib təxminən belə bir cavab verir: “məndən ötrü təbiət qoynuna və ya bağ evinə getmək, orada ləklərdə əlləşmək daha mühümdür” və ya “evdə ev işləri ilə məşğul olmağı, yemək hazırlamağı sevirəm”. Vacib olan budur ki, mühasib artıq yüklənmədən xilas olmalı, əlləri ilə işləməklə gərginliyi aradan qaldırmalıdır.


3-cü hissəni oxumaq üçün keçidə daxil olun

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email