Mühasib peşəsinin incəlikləri

Mühasib peşəsi

Son illərin statistik göstəricilərinə nəzər salsaq görərik ki, mühasib peşəsi olduqca populyar bir peşədir.
Mühasib (alman dilində Buchhaltər, Buch — kitab, Haltər – tutucu )  – mühasibat uçotu sahəsində mütəxəssis bir şəxs anlamını verir. Ölkəmizdə iqtisadiyyatının sürətli inkişafı mövcud şirkətlərin genişləndirilməsinə, onların filial və ofislərinin artımına, eləcə də yeni şirkətlərin yaranmasına gətirib çıxardı.

Mühasibin işi aktiv, passiv, fasilə, balanslaşdırma kimi meyarlardan asılı deyil. Əsl peşəkar çalışdığı təşkilatın fəaliyyəti ilə bağlı istənilən sahəyə uyğunlaşmağı bacarmalıdır. Buraya iqtisadiyyat və siyasət ilə maraqlanmaq, qanunvericilikdəki dəyişiklikləri izləmək və daima öz ixtisasını artırmaq kimi vacib amillər daxildir.

Pəşənin xüsusiyyətləri
Mühasib peşəsi

Mühasibat uçotu – bu ümumilikdə biznes dilidir, iqtisadiyyat dilidir.

Mühasib –  mühasibat uçotunda işləməyi bacaran bir mütəxəssisdir. Mühasibat uçotu ümumi anlamdır, yəni buraya digər sahələr daxildir (aktiv mühasibat, maddi aktivlik, əmək haqqları, vergilər və s). Hesab işlərinin aparılmasına baş mühasib cavabdehdir. O qədər də böyük olmayan bir şirkətin (firmanın) mühasibat işlərini bir mühasib də yerinə yetirə bilər.

Peşənin “müsbət” və “mənfi” cəhətləri

Mühasib peşəsiPeşənin müsbət cəhəti onun sabit işinin olmasıdır. Eyni zamanda öz sahəsində mütəxəssis bir mühasibin hər zaman gələcək karyerası üçün gözəl imkanlar vardır. Lakin peşənin mənfi cəhətləri də kifayət qədər çoxdur. Belə ki, günbəgün dəyişən dünyada təbii ki, maliyyə sahəsində də dəyişikliklər olur və bütün bunlardan mühasibin xəbəri olmalıdır, bir sözlə mühasib hər zaman cəmiyyətlə əlaqədə olmalıdı və yeniliklərdən xəbərdar olmalıdır. Hər zaman mühasib şirkətin (firmanın) əsas simalarında biridir və buna görə də onun üzərinə çox məsuliyyət düşür. Bütün firmalar mütəmadi olaraq vergi orqanları tərəfindən audit yoxlamalarından keçir. Vergini düzgün həsablamaq lazımdı – bu ən vacib elementlərdən biridir, çünki əks təqdirdə həmin insanı ciddi sanksiyalar və ya azadlıqdan məhrumetmə cəzası verilir.

İş yeri

Mühasib peşəsi

Bu peşə bank sahəsi, maliyyə qurumları (vergi yoxlaması, pensiya fondları, sığorta şirkətləri), istənilən dövlət orqanları, qeyri-iqtisadi və maliyyə (kənd təsərrüfatı, tibb və səhiyyə, ticarət, nəqliyyat sektoru və s.), kiçik və orta müəssisələr də mövcuddur.

Əsas göstəricilər

Mühasib peşəsi

Mühasib olmaq istəyənlər yüksək intellektual göstəricilərə, yüksək konsentrasiya və diqqətə, dəqiqliyə, məntiqi təfəkkürə, səbrə, məsuliyyətə malik və eyni zamanda öz işində hər zaman dürüst, vicdanlı şəxslər olmalıdır.

Bu peşəyə namizəd olanlar vergi məcəlləsi, mühasibat uçotu, kompüter, “1C Mühasibat proqramı” , Excel, Persin (pensiya fondu proqramı), İnternet-i bilməlidir. Bu peşədə ingilis dilini bilmə o qədər də vacib rol oynamır. (istisna hallarda xarici şirkətdə işlədiyi zaman).

Necə (harada) tədris almalı

Mühasib peşəsi

Mühasib bu peşə ilə təhsil müəssisələrində keçilən dərs vasitəsilə tanış olur. Mühasibat uçotunu “hiss etmək” onun daxilindəki gözəllikləri “görmək” üçün sizə təcrübəli mütəxəssislər kömək olmalıdır. Onların köməyi olmadan bu pəşənin dərinliyindəki sirləri öyrənmək sizin üçün biraz çətin ola bilər. Təbii ki, siz mühasibat uçotunu kurslar vasitəsilə də öyrənə bilərsiniz, lakin gələcək karyeranız üçün ali təhsil müəssisəsində təhsil almanız vacibdir.

Mühasibin gəliri

Mühasib peşəsi

Hər şey kompaniyanın miqyası, mütəxəssis qarşısında qoyulan məsələlərin çətinliyi, mütəxəssisin məsuliyyəti, işin miqdarı və işçilərin sayından asılıdır. Vacib məqam – mühasibin ixtisaslaşmasıdır. Məsələn,  bəzi mütəxəssislərin işi müəyyən tip məsələlərin ( müəyyən sahəyə məxsus məsələlərin ) həllindən ibarətdir və yüksək ixtisas tələb etmir. Bu cür mütəxəssisə o qədər yüksək maaş ödənilmir. Lakin həll olunacaq məsələlərin əhatə dairəsi nə qədər genişdirsə, işin uğurlu həlli üçün bir o qədər də yüksək bilik və təcrübəyə ehtiyac olur. Bu cür mütəxəssisin maaşı isə məntiqi olaraq daha yüksək olur. Bir çox mühasiblər sərbəst iş qrafikini üstün tuturlar və eyni vaxtda bir neçə işdə işləyirlər.

Karyera addımları və perspektivləri

Mühasib peşəsi

Maliyyə-iqtisadiyyat fakültələrində təhsil alan bir çox tələbə artıq yuxarı kursları çatdıqları zaman  təcrübə yığmaq üçün işədüzəltmə mərkəzlərinə müraciət edirlər. Təhsil müəssisəsini bitirdikdən dərhal sonra təcrübəniz olmadan yaxşı bir şirkətdə mövqəli bir vəzifə tutmanız sizə çox çətin gələ bilər. Bu zaman siz o qədər də çətinliyi olmayan bir işdən başlamaq məcburiyyətindəsiniz.
Bu sahədə ilk dəfə işə başlayacaq şəxslərin çoxu o qədər də böyük olmayan firmalarda (şirkətlərdə) mühasib köməkçisi yaxud mühasibat sahəsində ofis meneceri vəzifələrini seçir.

Öz karyerasının inkişafında maraqlı olan, gələcəkdə yüksək maaşlı vəzifələrə iddialı olan mühasiblər hər zaman axtarışda olur, müxtəlif məlumatlar toplayaraq öz sahəsində özünü inkişaf etdirir.

Mənbə: www.telebe.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *