Mühasib peşəsinin yoxa çıxa biləcəyinə dair 5 səbəb

birbank biznes

vergi öhdəliyiMühasib peşəsinin aradan çıxa biləcəyinə dair 5 səbəb…

Britaniya alimləri belə hesablayıblar: hər 10 il ərzində təxminən 5000 peşə yoxa çıxır. Düzdür, yoxa çıxan növlərin yerinə heç də bundan az olmayan yeni məşğulluq peşələri gəlir.

Yəqin, mühasib peşəsinin lazım olub-olmaması ilə bağlı qızğın mübahisələrdən xəbərdarsınız. İndi bu məsələni araşdıraq.
1-ci səbəb. Nəzarət.

Bunu Rusiya maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko Moskva maliyyə forumunda səsləndirib. Məmur deyib ki, mühasib peşəsi indiki formatda tədricən rus əmək bazarından yoxa çıxacaq. Belə ki, kağız sənədlərin əvəzinə elektron sənədlər gələn kimi həm dövlət strukturlarında, həm də kommersiya təşkilatlarında mühasiblərə tələbat aradan qalxacaq.

Elə biz də hesab edirik ki, bu çox ciddi problemdir. Dövlət (təkcə rusiya deyil) biznes üzərində öz nəzarətini gücləndirir. Və istisna etmirik ki, çox yaxın zamanlarda malların, pulların, işlərin, xidmətlərin bütün hərəkəti dərhal vergi müfəttişliyində məlumat bazasına dail olacaq və vergilər də elə həmin məlumatlar əsasında tutulacaq.

2-ci səbəb. Texnologiya.

Servislər demək olar ki. günbəgün yaxşılaşır. Daha az əl əməyindən istifadə olunur və daha az yüksək peşəkarlıq yanaşması tələb olunur. Bu gün hətta mühasibatlıqda və vergi sahəsində peşəkar olmayan sahibkar belə, adi hal almış servislər vasitəsilə hesabatları verə bilir. Hətta sahibkarın bu sahədə əməkdaşları olsa belə, bu servislər ona vergiləri və əməkhaqını hesablamaqda, vergiləri ödəməkdə və heabatları tərtib etməkdə kömək edir. Siz yəqin deyirsiniz ki, bütün bunlar kiçik və orta müəssislərdə baş verir? Biz isə deyirik ki, bu hələ başlanğıcdır. Düşünürük ki, çox tezliklə başlanğıcda az sayda peşəkar mühasiblərlə keçinməyə, sonra isə tam şəkildə onlarsız bunu etməyə imkan verən digər servislər də ortaya çıxacaq.

3-cü səbəb. Bazar.

Bu gün hətta Rusiyada rəqabət nəhayət tam şəkildə işləməyə başlayıb. Bizim dövrdə sadəcə xidmət göstərmək, sadəcə məhsulu satmaq və ya hər hansı bir xidməti yerinə yetirmək, kifayət etmir. Çünki bu cür “sadə”ni yerinə yetirənlərin sayı çox genişdir. Və əlavə gəlirlər daha yoxdur. İstehlakçılar daha az pulun müqabilində daha çox keyfiyyət tələb edirlər. Amma, bu da artıq azlıq təşkil edir! İstehlakçılar emosiya tələb edirlər! Sual verə bilərsiniz ki, bütün bunların mühasiblərə nə dəxli?  Dəxli var, çünki mühasiblər və autsorsinq şirkətləri arasında rəqabət də yüksəlir. İkincisi, effekt əldə etmək və bu zaman zərərə düşməmək üçün biznes əlavə xərclərdən can qurtarmalıdır. Və mühasibatlıqla bağlı qənaət etmək imkanı ələ düşən kimi sahibkarlar dərhal bundan istifadə edəcəklər.

4-cü səbəb. Keyfiyyət.

İş ondadır ki, mühasibatlıqda insan amili  də mühüm rol oynayır. Mühasibin səhvləri müəssisənin bütün işlərinə təsir göstərə və ya biznesin məhvinə gətirib çıxara bilər. İş ondadır ki, mühasib həmin səhvləri məqsədyönlü şəkildə etməyib. Buna səbəb işlərin əksəriyyətinin əl ilə aparılmasıdır. Ona görə, istənilən sahibkar başa düşür ki, əl əməyini avtomatlaşdırsa, keyfiyyət yüksələcək. Zira maşınlar səhvə yol vermir, xəstələnmirlər, yeni qanunvericlikləri diqqətdən qaçırmırlar, dekretə görə və ya illik məzuniyyətə çıxmırlar və bundan əlavə, bu əmək ilbəil ucuzlaşır.

5-ci səbəb. Məxfilik. 

Şirkətdə mühasib və ya hətta autsorsinq belə, çox vaxt rəhbərliyin etibar etdikləri şəxslərdir. Onlar çoxlu sayda məxfi məlumatlara malik olurlar. Və o da məlumdur ki, məxfiliklərin qorunması üçün, onları başqalarına etibar etmək olmaz. O səbəbdən, özünü riskə atmamaq üçün bəzən rəhbərlik hətta hər şeyi bilən mühasibdən asılı vəziyyətə düşə bilər. Mühasib isə bundan təbii ki, sevincək olacaq.

Nə etməli… Biz sizə bu mövzu üzərində düşünməyi tövsiyə edirik.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email