Uqandada mühasib soyuqqanlı şəkildə qətlə yetirilib

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

MühasibMühasib soyuqqanlı şəkildə qətlə yetirilib.

Uqandanın böyük Masaki regionunun polis şöbəsi Luengo dairəsindəki yerli özünüidarəetmə idrəsinin mühasibinin qətl hadisəsini araşdırır.

Erik Nqabo Luenqo dairəsinin yerli hökumətində mühasib işləyib.

Bir neçə həftə öncə mühasib yoxa çıxıb. Ailə üzvləri onun axtarışını təşkil ediblər. Mühasibin axtarışına yerli sakinlər də qoşulublar və adamlar Eriki Nqabonun tapılması üçün çox yerləri ələk-fələk ediblər. Onun meyiti Mbarara-Masaka yolunun üstündə Kamutuze adlanan ərazidə yerləşən fermanın yaxınlığında aşkar olunub. Sonra meyit polis tərəfindən oradan götürülərək Masaka xəstəxanasının morquna gətirilib və orada yarılıb. Bundan sonra isə basdırılmaqdan ötrü qətlə yetirilənin qohumlarına verilib.

Polis detektivləri isə hələ də bu dəhşətli qətlin üstünün açılmasından ötrü istintaq hərəkətlərini davam etdirirlər. Onlar bu günə kimi Nqabonun ölümünün kim tərəfindən və hansı səbəbdən sifariş edildiyini və icra olunduğunu aşkara çıxara bilməyiblər. Hələ ki, həbs edilənlər də yoxdur. Buna baxmayaraq, qətl hadisəsinin istintaqı davam etdirilir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email