» » » Mühasib sözünün mənşəyini bilirsinizmi?

Mühasib sözünün mənşəyini bilirsinizmi?

Mühasib, mühasibatlıq terminləri həyatımızda ən çox rast gəlinən, işlədilən terminlərdəndir. Elə bir müəssisə, şirkət, dövlət orqanı yoxdur ki, oranın mühasibatlığı və mühasibləri olmasın. Hazırda mühasib əməyi ölkəmizdə də ən çox dəyərləndirilən vəzifələrdən biri hesab olunur. Bəs mühasib termini ilk dəfə nə vaxt və harada işlədilməyə başlanıb. Bu söz mənşəyini haradan götürüb, ilk mühasib kim hesab edilir?

Mühasib (Buchhalter, Buch – kitab, Halter – saxlayıcı) – mühasibat uçotu üzrə mütəxəssisdir, fəaliyyətdə olan qanunvericiliyə müvafiq uçot sistemi üzrə işləyən şəxsdir.

“Mühasib” sözü – kitabsaxlayıcı termini orta əsrlərdə təşəkkül tapıb. Müqəddəs Roma imperiyasının alman əsilli imperatoru I Maksimilian, Kristof Şteheri “mühasib” təyin edib.  Bu termin ilk dəfə 1498-ci ildə işlədilib. Beləliklə, tarixi mənbələrə istinad etsək, ilk dəfə mühasib vəzifəsini icra etmiş şəxs olaraq, bir neçə əsr bundan əvvəl İnsburk hesablama palatasında sənədlər tərtib edən Kristofer Şteher qəbul edilir. 1498-ci ilə qədər Almaniyada mühasibləri yazar (mirzə) adlandırıblar, lakin, Şteherdən sonra bu “mühasib” və “mühasibatlıq” termini kimi işlədilməyə başlanılıb. Həmin termin tədricən hər yerdə vətəndaşlıq hüququ qazanıb.

Mühasibin vəzifələri: O, müəssisənin maliyyə vəziyyətinə nəzarət edir, dövlət orqanları və şirkət rəhbərləri qarşısında hesabat verir, müştərilər və şirkətin partnyorları ilə işi təşkil edir, dövlət vergilərini vaxtında və dəqiq ödəyir.

Yeri gəlmişkən, dilimizdə işlədilən mühasib sözü ərəb mənşəli olub, hesab sözü ilə qohumluq təşkil edir, “hesablayan” deməkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *