Mühasibat balansı nədir?

birbank biznes

Mühasibat balansı nədir?

Mühasibat uçotu, Gələcəyin mühasibatlığı, Mühasibin peşə etikası, mühasib keçmişdə, mühasib peşəsi, Mühasib keçmişdə, ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, MühasibatlıqMühasibat Balansı – bu, şirkətin konkret bir tarixdəki maliyyə vəziyyətinin “görüntüsüdür” və ya başqa sözlə desək, yaxşı və ya pis işlədiyini mühakimə etdiyimiz bir hesabat cədvəlidir.

O, şirkətin hansı aktivlərinin, öhdəliklərinin olduğunu, kapitalının nəyə bərabər olduğunu göstərir. Balans – bu, bir nömrəli sənəddir və əgər onu necə oxumaq lazım olduğunu bilirsinizsə, onda idarəetmədə sizin tayınız-bərabəriniz olmayacaq.

Balans – bu, maliyyə hesabatının ən başlıca formasıdır. Hansı ki, maliyyə nəticələri ilə bağlı hesabatla birlikdə banklar, investorlar, kreditorlar və kontragentlər sizinlə iş görməyə dəyər və ya dəyməz məsələsini anlamaq üçün araşdırırlar.

Balans biznes sahibinə və rəhbərinə nələri göstərəcək?

  1. “Pullar hardadır?” (hesablardadır, mallara yatırılıb, borcdadır və ya digər) sualına cavab verəcək.
  2. Anbarda hazırda nə qədər mal var, nə qədər əsas vəsait var, nə qədər və kimlərin qarşısında öhdəlikləriniz var.
  3. Şirkətlərin ödəmə qabiliyyəti və maliyyə vəziyyəti: likvidlik, maliyyə dayanıqlılığı, dövriyyəliliyi və s.
  4. Bisnesin balans qiyməti.

Biznesdə baş verən hər şey biznesinizin mənzərəsinə, balansınıza öz təsirini göstərir.

Balans barədə biznes rəhbəri nəyi bilməlidir/nəyi yadda saxlamalıdır?

  1. İstənilən biznesdə Balans var.
  2. Balans tarazlığı: aktivlər = passivlər. Həmişə.
  3. Aktivlər şirkətlərin sahib olduqlarını, öhdəliklər isə şirkətlərin borcunu əks etdirməlidir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email