» » » Mühasibat haqqında bir neçə maraqlı fakt

Mühasibat haqqında bir neçə maraqlı fakt

posted in: Məqalə | 0

     Bizlərdən çoxu mühasibat işinin darıxdırıcı və yorucu olduğunu güman etsək də, əslində bu, heç də belə deyil. Əlbəttə, təsəvvürümüzdə mühasibi yalnız rəqəmlərlə çalışan biri kimi xəyal etsək, onda belə bir təəssürat yarana bilər. Lakin prosesə və bu işin qavranılmasına düzgün yanaşsaq, belədə çoxlu maraqlı şeylər ortaya çıxarmaq olar. İndi bunlara diqqət yetirək;

    Birincisi, qeyd etmək istərdik ki, statistikaya görə mühasiblərin çoxu qadınlardır. Yəni, bu sahadə çalışanların doxsan faizi zərif cinsin nümayəndələridir. Maraqlıdır ki, peşənin özü kişilər tərəfindən yaradılıb. Bu elmin təşəkkülü təxminən altı min il əvvələ gedib çıxır. Təbii ki, o dövrdə mühasibat indiki kimi olmayıb. Uçot işinin nişanələri ağacda işarə qoymaqla, yaxud da iplərdə müəyyən sayda düyünlər atmaqla icra edilibmiş. Mühasibatın vətəni Misir hesab edilir. Məhz bu dövlətdə dünyada ilk dəfə olaraq uçot işi qeydə alınıb və müəyyən əməliyyatlar icra edilib. Lakin  mühasibat müasir görünüşünü yalnız on altıncı əsrdə almağa başlayıb.

       İkincisi,  mühasibat bütün ölkələrdə unikaldır və bir-birinə bənzəmir. Bu da təbiidir, çünki hər bir ölkənin həm qanunvericilik, həm də vergi sahəsi üzrə öz normaları var. Və bu səbəbdən mühasibatlığı dörd tipə bölürlər.

 

  • İngilisdilli ölkələr;
  • Latın-amerikan mühasibatı;
  • Kontinental Avropa ölkələri;
  • Şərqi Avropa ölkələrinə xas olan mühasibatlıq.

        Bu tiplər nə ilə xarakterizə olunur? İlk üç tipə daxil olan ölkələrdə əsasən maliyyə və gəlirlərin hesablanması aparılır, dördüncü qrupda isə əsas diqqət vəsaitlərə nəzarətə yönəlib. Birinci tipə daxil olan ölkələrdə praktiki olaraq vəsaitlər üzərində dövlət nəzarəti olmur. Bu ölkələrdə bütün mühasiblər xüsusi assosiasiyalarda birləşirlər ki, dövlət də həmin qurumlarla hesablaşmalı olur. İkinci qrup ölkələr, yəni latın Amerikası dövlətlərində mühasibatlığın üzərinə həm də inflyasiyanın öyrənilməsi və faizlə əks olunması, bununla bağlı iqtisadiyyatda müşahidə edilən bütün proseslərin öyrənilməsi belə mühasibatlığın üzərinə qoyulub. Son qrupa daxil olan ölkələrdə, yəni Şərqi Avropada bütün mühasibat işləri dövlət təlimatı və rəhbərliyi altında həyata keçirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *