Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır? (I hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır?

mühasibat konsaltinqi nəyə lazımdır, konsaltinq, Mühasibat və vergitutma,Şirkətlərin işində bəzən elə hallar yaranır ki, ştat mühasibinin səlahiyyəti məsələnin həlli üçün kifayət etmir, autsorsinqə müraciət etmək isə qeyri-rentabelli  hesab olunur və məqsədəuyğun deyildir. Belə hallarda mühasibat konsaltinqi köməyə çatır. Bu xidmət nədən ötrüdür, kimə uyğun gəlir, neçəyə başa gəlir və hansı tədbirləri əhatə edir, bu haqda məlumat verəcəyik.

Mühasibat konsaltinqi kimə və nə zaman lazım olur?

Mühasibat və vergitutma – bu, hazırlıqsız bir mütəxəssis üçün başa düşülməsi çətin olan fəaliyyət sahələridir. Hətta təcrübəli mühasiblər belə, bəzən çətin tapşırıqlarla qarşılaşırlar. Bu sahələri tənzimləyən qanunlar daim dəyişir və bu, onsuz da mürəkkəb bir işə qarışıqlıq əlavə edir. Eyni zamanda, hər bir şirkət ştatında mühasibat şöbəsinə malik olmaq və ya fəaliyyətin bu hissəsini autsorsa vermək imkanına malik deyil. Bəs kiçik müəssisələrin rəhbərləri vergilər və mühasibat uçotu ilə bağlı çətin və mübahisəli məsələləri necə həll edə bilərlər?

Belə hallarda mühasibat sahəsi ilə bağlı məsləhətləşmələri təmin edən şirkətlər köməyə gəlirlər. Bu, mühasibatın tam hüquqlu autsorsinqi deyil, müəyyən məsələlərin daimi və ya müvəqqəti əsasda həllinə yardımdır. Məsləhətçilər sizin üçün bütün işləri görməyəcəklər, amma çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəklər və hərəkətlərinizin düzgünlüyünə nəzarət edəcəklər. Buna görə bu cür xidmətlər, müvafiq olaraq, tam mühasibat dəstəyindən daha ucuzdur.

Beləliklə, mühasibat və vergi uçotu üzrə məsləhətlər hansı hallarda tələb oluna bilər?

mühasibat konsaltinqi nəyə lazımdır, konsaltinq, Mühasibat və vergitutma,

1-ci hal: Ştatda mühasib yoxdur

Kiçik və orta biznesdə çalışan şirkətlərə daimi əməkdaş tutmaq çox vaxt sərfəli olmur. Onun üçün iş yeri ayırmaq, mütəmadi olaraq ona əməkhaqqı, mükafat vermək, xəstəxana və məzuniyyət haqqını ödəmək lazımdır. Mühasibat şöbəsinin autsorsinqi də ucuz başa gəlmir. Qənaət məqsədi ilə az dövriyyəli şirkətlərin rəhbərləri çox vaxt mühasibat uçotunu və hesabatı müstəqil aparmağa üstünlük verirlər. Ancaq, bu onların əsas ixtisası olmadığı üçün bir çox məsələnin həlli çətin ola bilər və bu vəziyyətdə səhvlər də nadir hal olmaqdan çıxır. Audit üzrə mühasibat xidmətləri və məsləhətlər problemlərin qarşısını almağa kömək edəcək.

2-ci hal: ştat mühasibi var, lakin, rəhbərlik onun səriştəsinə şübhə edir

Mühasibat uçotu və vergi qanunvericiliyi dünyasında son dəyişiklikləri davamlı şəkildə izləyəcək savadlı mütəxəssis tapmaq o qədər də asan deyil. Bu, heç də belə bir şübhə halında mövcud mühasibin işdən çıxarılması lazım olduğu anlamına gəlmir. Yeni əməkdaşın axtarışı çox vaxt aparacaq, nəticəyə isə əvvəlcədən zəmanət verilə bilməz. İstisna deyil ki, ştat mütəxəssisinin perspektivləri var, amma, bəzən onun işinə də nəzarət etmək lazımdır. Bunun üçün mühasibat uçotu üzrə məsləhətlərə ehtiyac var.

mühasibat konsaltinqi nəyə lazımdır, konsaltinq, Mühasibat və vergitutma,

3-cü hal: şirkət öz işində qeyri-adi fəaliyyət formaları ilə qarşılaşıb, məsələn, yeni bir istiqamət üzrə fəaliyyətə başlayır və ya avadanlıq icarəyə götürür

Hətta savadlı və məsuliyyətli mühasib belə, qeyri-standart vəzifə ilə üzləşdikdə, özünü itirmək riski ilə qarşılaşa bilər. Məsləhətçi sizin işçinizə öz hərəkətlərinin düzgünlüyünə əmin olmaqda kömək edəcək, zəruri hallarda isə sənədləri necə tərtib etməyi öyrədəcək.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Print Friendly, PDF & Email