fbpx

                                                              Mühasibat Kursları (muhasibat,mühasibatlıq, kurs)


Sizi yeni başlayacaq Mühasibat Kurslarına dəvət edirik. Mühasiblər məktəbində dərslər mühasibat sahəsində başlanğıc səviyyəli mütəxəssislərin hazırlanmasına yönəldilmişdir. Kurslarımızda “0”-dan başlayaraq asan üsulla və maraqlı metodlarla mühasibat uçotu barədə biliklər əldə edəcəksiniz.

Kurslarımız Maliyyə və mühasibatlıq sahəsini öyrənən tələbələr və məzunlar, gələcəkdə karyerasını bu sahədə davam etməyi planlaşdıran mütəxəssislər üçün nəzərdə tutulub.

Əgər Siz

  1. Mühasibat və Vergi uçotu sahəsində biliklər əldə etmək,
  2. Nəzəri biliklərinizi Praktikada tətbiq etmək
  3. Mühasibin gördüyü işlərlə tanış olmaq,
  4. Hesabatların hazırlanmasını praktiki şəkildə öyrənmək istəyirsinizsə

O halda bu kurs məhz Sizin üçündür.

Təqdim olunan mühasibat kurslarımız tələbələrə müəssisələrdə mühasib və ya mühasib köməkçisi kimi işləmək üçün lazımi bilik və bacarıqlar əldə etməyə imkan verir. Odur ki, kursu bitirən şəxslər kiçik mühasib, köməkçi mühasib kimi istənilən növ özəl müəssisələrdə iş tapa bilərlər, işləyən zaman isə iş zamanı yaranan bütün çətinliklərlə bağlı bizə müraciət edə bilərlər. Təlim mühazirələrin praktik məşğələlərlə birləşdirilməsi prinsipinə əsaslanır.

Bu proqramı keçdikdən sonra əldə edilən biliklər məzunlara ilkin sənədləri müstəqil qəbul etməyə və nəzarət etməyə, əsas vəsaitlərin, istehsal xərcləri, maliyyə nəticələrinin uçotunu aparmağa imkan verir.

Təlimçi barədə:

Elvin Məmmədov – 2011-ci ildən mühasibatlıq və vergi sahəsində çalışır. 8 ildən artıqdır ki, mühasibat və vergi uçotu sahəsində təcrübəyə malikdir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində müxtəllif konsaltinq şirkətlərində konsultant kimi çalışmışdır. Azərsu ASC, Birləşmiş Sukanal MMC, Azərbaycan Dövlət İqtisad Universitetində mühasib, aparıcı mühasib və baş mühasib müavini vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən konsaltinq şirkətlərinin birində baş mühasib vəzifəsində çalışır. Mühasibat uçotu sahəsində Beynəlxalq ACCA DipİFR, ACCA F3 imtahanlarını uğurla keçərək sertifikat əldə etmişdir. Eyni zamanda Beynəlxalq Maliyyə Menecerləri Assosiasiyasının İCFM sertifikatını əldə etmişdir. Elvin Məmmədov 4 ildən artıq müddətdir ki, təlimçi kimi çalışır. Vergi uçotu, vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı üzrə təlimlər keçmişdir. Tətbiqi və praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.

Başlama tarixi:  Cümə / 17.01.2020.

Dərslərin keçirilmə vaxtı: Çərşənbə və Cümə.

Saat: 19:00 – 21:00 – dək.

Təlimin müddəti: 52 saat (3 ay)

Təlimin Keçirilmə yeri: Caspian Plaza

Təlim Materialları: İştirakçılar hər bir dərs üzrə təlim materialları ilə təmin olunurlar.

Təlimin qiyməti: 3 aylıq kursun ümumi qiyməti 500 manat, aylıq 167 manatdır. 3 aylıq ödənişi tam etdikdə, 10% endirim edilir və ödəniş 450 manat təşkil edir.

Təlimin ödəmə üsulu:  online

Kursun ümumi müddəti 52 saat, həftədə 2 dəfə, hər dəfə 2 saat olmaqla keçirilir. Kursda iştirak etmək üçün aşağıdakı linkə daxil olub qeydiyyat formunu doldurmağınız xahiş edilir.

https://form.cubics.pro/form/DTrTquiHhQadDtLmJ

Əlaqə vasitələri:

Telefon: (050) 225 81 05 / (012) 310 09 29

Email: info@muhasibat.az



Ən son iş elanları və xəbərləri izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat Kursları

 

Mühasibatlığı öyrənmək heç bu qədər asan olmamışdı! – öyrəndiyiniz nəzəri biliklər iş prosesində köməyinizə çatmırsa, – hər yerdə praktika tələb etsələr də bu praktikanı harda və necə qazanacağınızı bilmirsinizsə, – MƏCƏLLƏLƏR və digər MÜHASİBATLIQ təlimatlarını oxumaq və anlamaq çətin gəlirsə, Biz sizi yeni start götürəcək xüsusi MÜHASİBATLIQ KURSUNA dəvət edirik.

Yeni mühasibat uçotu qruplarımıza ancaq sınaq testindən yaxşı nəticə almış namizədlər qəbul ediləcək, mühasib olmaq istəyən şəxsin faizin tapılması, tənasüb, sadə məntiq kimi riyazi bilikləri olması vacib şərtdir. Bunu etməkdə məqsədimiz kursda iştirak etmək istəyən şəxsin pulunu boş yerə xərcləməməsi, qrupda ilkin riyazi bilik səviyyəsinin eyni dərəcədə olmasıdır.

Qrupda dərslər iştirakçılara fərdi yanaşma prinsipi ilə təşkil edilir. Bizə qoşulun ki, interaktiv metodla, asan dildə və real sənədlərlə işləmək imkanını sizin üçün əlçatan edək! Məlumat üçün bildirək ki, dərslərin keyfiyyətinə əmin olmağınız üçün iştirakçılara geniş imkanlar təqdim olunur. Belə ki, kursun ilk dərsində tamamilə ödənişsiz iştirak edərək davam etmək üçün qərar verə bilərsiniz. Bundan başqa, kurs müddətində hər dərsin sonunda sizə məmnuniyyət blankı təqdim olunur və rəy bildirirsiniz. Əgər dərsin keyfiyyətindən razı qalmasanız iştirak etmədiyiniz dərslərin ödənişi 100% geri qaytarılır.

Mühasibatlığın 0-dan başlayaraq praktiki şəkildə tədris olunduğu kurs proqramında

beynəlxalq mühasibatlıq nəzəriyyəsi,

vergi və DSMF hesabatlarının tərtib olunması,

müxabirləşmələrin asan və yaddaqalan metodlarla mənimsənilməsi,

elektron portallarda (Elektron qaimələrin yazılması, əmək müqaviləsinin elektron qeydiyyatı və s.) işləmək qaydaları öyrədilir.

Bundan əlavə olaraq, kursun praktika hissəsində siz rəsmi sənədlərlə praktiki işləmək imkanı əldə edəcəksiniz.

muhasibat,Mühasibat Kursları, kurs, mühasibatlıq, muhasibat kursları, muhasibat
Print Friendly, PDF & Email
error: Content is protected !!