Mühasibat və Maliyyə sahəsində Vakansiya və Kadr axtarışı saytı istifadəyə verilib

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat və Maliyyə sahəsində Vakansiya və Kadr axtarışı saytı istifadəyə verilib. (kadr saytı)

Bu yeni layihənin yaranma səbəbi kimi, şirkətlərin mühasib və maliyyəçi, mühasib və maliyyəçilərin isə iş istəklərini nəzərə alaraq Mühasibat və Maliyyə sahəsində Vakansiya və Kadr axtarışı saytı olan www.finstaff.az portalını yaratdıq. Sayt Azərbaycanda ilk dəfə olaraq sırf mühasiblər və maliyyəçilər üçün nəzərdə tutulmuşdur. Sayta girən şəxs ilk olaraq İş elanları və  İş axtaranlar bölmələri ilə rastlaşacaq ki, bu da ona rahatlıqla həm İş elanlarına baxmağa, həm də CV-lərlə tanış olmağa imkan yaradacaqdır.

Saytda Maliyyə Sahəsinin bütün bölmələri, Mühasibat, Maliyyə, Audit, Bank, Sığorta, Xəzinədarlıq və sair bölmələr kimi bölmələr də vardır ki, bu da sayta daxil olan şəxslərin rahatlığını təmin edəcəkdir.

www.finstaff.az saytının əlavə üstünlükləri nədən ibarətdir?

  • Sırf Mühasiblər və Maliyyəçilər üçün nəzərdə tutulub.
  • Çox rahatlıqla özünüzə Şəxsi kabinet yarada bilərsiniz.
  • Qeydiyyatdan keçdiyiniz təqdirdə, əgər CV yerləşdirmisinizsə uyğun vakansiya, əgər İş elanı yerləşdirmisinizsə uyğun namizəd olduğu halda sizə bildiriş gələcəkdir.
  • İstədiyiniz vakansiyaya 1 toxunuşla CV göndərə biləcəksiniz.
  • Əgər iş axtardığınızı gizli saxlamaq istəyirsinizsə, o zaman anonim CV yarada və bunu uyğun şirkətə göndərə bilərsiniz.
  • Axtarış bölməsində rahatlıqla sırf sizə uyğun vakansiya, məsələn “Mühasib köməkçisi” tapa bilərsiniz.
  • İş elanları saytın facebook səhifəsində – facebook.com/finstaff.az/ – yerləşdiriləcəkdir. Əgər iş axtaranın istəyi olarsa CV də bu səhifədə yerləşdiriləcəkdir və bununla da daha tez bir zamanda iş tapılacaqdır.

İstifadənizin rahatlığını nəzərə alaraq hər hansı çatışmazlıq olarsa Zəhmət olmazsa bizə bildirin.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit Xidmətləri üçün linkə daxil olun.
Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
mühasibat, maliyyə, kadr saytı, vakansiya
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *