Mühasibat “Outsourcing”inin müsbət və mənfi cəhətləri

Mühasibat Outsourcing’i və ya mühasibat xidmətləri Outsourcing’i – bu xüsusiləşdirilmiş elə kənar şirkətdir ki, mühasibat uçotunun təşkili, aparılması, eləcə də nəzarətedici orqanlara (vergi və mühasibat) hesabatların hazırlanması funksiyalarını öz üzərinə götürür.

İndiki dövrdə təşkilatlar eləcə də daxili auditin aparılmasını da outsourcer’ə tapşırırlar. Bu nümunədə mühasibat outsourcing’inin müsbətlərinə və mənfilərinə nəzər yetirəcəyik.

Müsbətlər sırasında aşağıdakıları qeyd etmək olar:

  • Bütün bilik və bacarıqların cəmi. Böyük bir şirkətdə, bu və ya digər vəziyyət yarandıqda, onun həllinə cəlb edilən fərqli ixtisaslaşma sahələri üzrə bir neçə işçi olur.
  • Mühasibat uçotu sahəsində peşəkar bilik və bacarıqların mövcudluğu. Sözügedən fəaliyyət sahəsində illərlə məşğul olduğundan, auditor bu məsələ ilə bağlı əhəmiyyətli məlumat bazasına malik olur.
  • Təkrarlanan xərclər. Şirkət auditor xidmət ilə bağlı xərcləri dövri olaraq, yalnız yoxlamaların keçirildiyi dövrdə ödəyir ki, bu da auditə çəkilən məsrəfləri xeyli aşağı salır.
  • Operativlik və əlçatanlılıq. Xaricdə işlər olduqda, şirkət öz əməkdaşlarını buna cəlb etmədən, ora da auditorlar göndərə bilər.
  • Ezamiyyəylə bağlı qənaətlər. Yoxlama zamanı iri şirkətin regional şöbələrinin əməkdaşlarının xidmətindən də yararlanmaq olar ki, bu da əməkdaşların ezamiyyə xərclərinin xeyli qənaətinə gətirib çıxarır.
  • Muzdla işçi tutulması və əməkdaşların təhsili ilə əlaqəli xərclərin azalması.

Həmçinin onu da qeyd etmək lazımdır ki, kənar təşkilatın xidmətlərindən istifadə olunmasının özünün də mənfi tərəfləri yox deyil:

  1. Xidmətin ödəniş həcmi. Bu, ola bilsin ki, daxili audit üçün kənardan şirkətin cəlb olunmasının başlıca mənfi tərəfidir – yəni, bu xidmətə görə ödəniş məbləği elə də az deyil. Yalnız o fakt qənaətbəxşdir ki, həmin məsrəflər daimi olmur, hər dəfə üçün ödənilir.
  2. Peşəkar təcrübə. Bəzən auditor şirkətləri yoxlamaya elə də yüksək səviyyəli və təcrübəli mütəxəssisləri cəlb etmirlər.
  3. Audit yoxlaması zamanı yol verilən səhvə görə məsuliyyəti onu aparan konkret əməkdaş deyil, yalnız rəhbərlik (əgər, məhkəmədə həmin faktı təsdiq etmək mümkün olarsa) daşıyır.

Göründüyü kimi, mühasibat outsourcing’inin çatışmazlıqları, onun üstünlüklərindən xeyli azdır. Elə bu faktın özü həmin fəaliyyət növünün populyarlığını izah edir.

Ayrıca qeyd etmək lazımdır ki, hüquqi şəxslərə mühasibat xidməti göstərən şirkətin xidmətindən istifadə zamanı mühasibat uçotu üçün lazım olan müxtəlif təminat proqramları almaq və onları yeniləmək, mühasibatlıqla bağlı qanunvericilikdə baş verən yenilikləri izləmək zərurəti də aradan qalxır. Elə bunun özü də təşkilatın büdcəsindən az pul aparmır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *