Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (10-cu addım)

birbank biznes

Mühasibat uçotu ilə bağlı 13 addım (10-cu addım)

9-cu hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Materialların hazır məhsullara çevrilməsi üçün silinməsi metodlarını bilmək vacibdir.

Orta ölçülü qiymət, fərdi identifikasiya – Ən geniş yayılmış və tətbiq olunan metod – bu, orta ölçülü dəyər və ya sadəcə əmtəənin orta qiymətidir. Məsələn: ay ərzində məhsulun qiyməti dəyişir. Siz ayın əvvəlində kq 1 manatdan 100 kq, ayın ortasında kq 1,3 manatdan 200 kq, ayın sonunda isə kq 1,5 manatdan 150 kq qənd almısınız. Bütün bu qiymətləri üst-üstə gəlirsiniz və aldığınız qəndin ümumi çəkisinə bölürsünüz və bununla da qəndin 1 kq-nın ay üzrə orta qiyməti çıxarılır. Hazırkı şəraitdə: 100+260+225=585/ 450 kq. və bir kq üçün orta qiyməti 1,3 man alırıq. Yekunda həmin ay üçün qiymət bu metodla hesablanır.

İlk satınalma qiymətləri üzrə dəyərləndirmə metodu. Bu metod bildirir ki, orta qiymət və  ya mal-material ehtiyatlarının satışı eyni qayda üzrə, yəni, materiallar daxil olarkən təyin olunan qiymətlərlə həyata keçirilir: İlkin qiymətlərlə alınıb – həmin qiymətlərlə satılıb və ya orta qiyməti çıxarılıb. Təbii ki, mərhələ sonundakı qalıq son alış qiymətinə aid edilir, realizə edilmiş mallar isə daha erkən mövcud olan qiymətlərlə hesablanır. Bu metod istənilən sahə müəssisələri tərəfindən tətbiq oluna bilər. İnflyasiya dövründə bu metod ən yüksək səviyyədə təmiz gəlir gətirir, çünki şirkətlər cari qiymətlərin artımı zamanı qiymətləri yüksəltməyə can atır və bu zaman material ehtiyatlarının qiymətlər qalxmazdan əvvəl alınması faktını diqqətə almırlar.

Son satınalma qiymətlərini qiymətləndirmə metodu – bu metod ilk növbədə mal-material ehtiyatları dəyərinin sonradan əldə edilmiş və ya istehsal olunmuş ehtiyatların dəyərindən silinməsinə əsaslanır. Yəni, son anda daxil olub, ilk növbədə satılıb və ya orta qiyməti çıxarılıb.

Bu metod gümanlara əsaslanır, belə ki, son əldə olunmuş malların dəyəri ilk növbədə satılan malların qiymətini müəyyən etmək üçün istifadə olunur. Hesabat dövrünün sonuna qalan ehtiyatların dəyəri isə ilkin alınmış malların qiyməti əsasında hesablanır. Bu metodu nəzəri olaraq bilmək lazımdır, təcrübədə isə o, elə də çox istifadə olunmur. Elə ölkələr var ki, orada bu metodun tətbiqi ümumiyyətlə, qadağan olunub.

Spesifik identifikasiya metodu: – bu metod yalnız  tək, xüsusi, fərdi sifarişlər və layihələrin dəyərini hesablamaqda tətbiq olunur. Məsələn: geyim, ayaqqabı və s. üzrə fərdi sifarişlər zamanı. Bu metodun tətbiqi zamanı hökmən bilinir ki, hansı konkret mal-material ehtiyatından istifadə olunub və ya satılıb, hansıları isə qalıb.

11-ci hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email