Mühasibat uçotunun inkişaf mərhələləri (3-cü hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu – inkişaf mərhələləri (3-cü hissə)

2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

inventarlaşdırma,Mühasibat uçotunun tarixini öyrənərkən belə bir nəticəyə gəlmək olar ki, bütün problemlər kompleksini, həyatın insanlara verdiyi bütün sualları izah edə biləcək yeganə düzgün nəzəriyyə, yeganə mümkün kateqoriya sistemi ola bilməz. İstənilən mühasibat kateqoriyası, istənilən hesab, iqtisadi prosesdə iştirak edən şəxslərin maraqlarını əks etdirir və əhəmiyyətli dərəcədə həm də onları gizlədir.

Buna görə də, mühasib uçot metodologiyasında qoyulmuş təhrifedici tendensiyaları anlamaq və görmək, sənədlərin arxasında mülkiyyətçinin, administratorun, işçilərin, hesabat verən şəxslərin, kreditorların və debitorların maraqlarını görmək imkanına malik olmalıdır. Bunun üçün təsərrüfat həyatının hər bir faktı üzrə yeddi suala cavab vermək kifayətdir:

  1. İqtisadi həyat faktının predmeti nədir və ya onu necə qiymətləndirmək olar?
  2. Sövdələşmənin yeri haradır və risk necə bölüşdürülür?
  3. Xərcləri kim çəkəcək?
  4. Dəyərlər üçün kimə ödəniş etməli və ya göndərməli və yaxud xidmət göstərməli?
  5. Hüquq və öhdəliklər nə vaxt ortaya çıxır?
  6. Onları nə üçün almaq və yerinə yetirmək lazımdır?
  7. Necə, yəni, hansı formada əldə etməli və yerinə yetirməli?

Bu zaman mühasib həmişə yadda saxlamalıdır ki, təsərrüfat həyatı faktlarının təsviri müxtəlif ola bilər. Lakin bu formaların müxtəlifliyi onların ümumi təsvirini tapmağa mane olmur. Bunun üçün analiz və sintez vasitələrindən istifadə olunur. Təhlil nəzəriyyənin strukturunu açıqlayır, biliyi təqdim edir. Sintez nəzəriyyənin yerinə yetirdiyi funksiyaları göstərir, onu başa düşməyə imkan verir. İqtisadi həyatın faktlarına münasibətdə təhlil onları içəridən, sintez isə  – kənardan araşdırır. Beləliklə, uçot kateqoriyalarının əsl inkişaf prosesində yeganə düzgün yenidənqurma işlərini vermək mümkün deyil. Yenidənqurma üçün müxtəlif yanaşmaları təsvir etmək, edilən şərhləri nəzərdən keçirmək, fərqləri müqayisə etmək və təhlil etmək, insanların nə olduğunu, qeyri-bərabər başa düşməsinin səbəblərini açmaq mümkündür.

Bir çox əsrlər boyu mühasiblər öz tarixləri ilə maraqlanmırdı və yalnız XX əsrin əvvəllərindən mühasibat tarixinə elmi maraq yarandı. Mühasiblər uçot tarixini fərqli şəkildə başa düşürdülər və buna görə də onun öyrənilməsində dörd yanaşmadan istifadə etdilər:

  1. Fəlsəfi – müəlliflər tarixi inkişafın gedişini başa düşməyə və bu inkişafı hansı qanunların idarə etdiyini öyrənməyə çalışdılar. Bu yanaşmanın ən məşhur nümayəndələri F. V. Yezerski, Y. M. Qalperin, A. Haar və başqaları olmuşlar. Onlar mühasibat tarixindən bəzi faktları əks etdirən öz sxemlərini qurdular. Lakin sxemlərin özləri müəlliflərə yalnız uçot nəzəriyyələrini sübut etmək üçün lazım idi. Ona görə də bu istiqamət uğursuz oldu.
  2. Sənədli – müəllifləri faktları ifadə etməyə üstünlük verirdilər, onlar qədim kitabların mətnlərini uçot üzrə dərc edirdilər, şərhlərdən isə çəkinirdilər. Nümayəndələri  V. F. Şirokiy, B. Penndorf, F. Melis, E. Stevelink və başqaları olmuşlar, hansı ki, uçot tarixi üzrə materialların toplanmasında  xidmətləri olmuşdur.
  3. Sintetik – müəlliflər hər hansı bir fəlsəfi konsepsiyanın köməyi ilə faktiki materialları ümumiləşdirmişlər, buna görə də bu istiqamət əvvəlki iki istiqaməti birləşdirmişdir. Nümayəndələri A.İ. Qalaqan, N.S. Pomazkov, A.İ. Lozinskiy, K.P. Keyl, Q.D. Eldridj və başqaları olub.
  4. Analitik – müəllifləri bütün mühasibat uçotunun tarixini deyil, ayrı-ayrı kateqoriyalarını təsvir edirdilər. Nümayəndələr A.Ç. Littleton, B.S. Yamey, N.R. Veytsman və başqaları idi. Bu, istiqamətin müxtəlif növlülüyü kimi  ikili qeydiyyatın təfsiri ilə əlaqəli fikirlərin inkişafını izləmək cəhdləri sayıla bilər.

4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email