Məşhur şəxsiyyətlərin iqtisadiyyat, maliyyə və mühasibat uçotu ilə bağlı söylədiyi fikirlər az deyil. O fikirlərin bəziləri isə artıq aforizm kimi işlədilməyə başlanıb. Saytımızda yerləşdirməklə ardıcıl olaraq həmin aforizmləri sizin diqqətinizə çatdırmaq qərarına gəldik.
Əgər qiyməti görürsünüzsə, o, avtomatik olaraq sizə öz təsirini göstərməyə başlayacaq.
İqtisadçı – bu elə bir insandır ki, özünə də anlaşılmaz olan şeylərdən elə formada danışır ki, özünüzü cahil kimi hiss edən siz olursunuz.
İqtisadiyyat nəhayətsiz tələbatlarını məhdud resursların köməyi ilə ödəyən sənət növüdür.
Aşırılı istəklərə can atmaq – məhrumiyyətlərin dalınca qaçmaq kimi bir şeydir.
Hər bir yırtıcı – cəmiyyətin düşməni, hər bir qənaətcil insan isə cəmiyyətin xeyirxahıdır.
Kiçik xərclərdən ehtiyat edin – kiçik bir sızma böyük bir gəmini batıra bilər.
İqtisadçı – bu o insandır ki, pul haqqında pula malik olanların özündən çox bilir. İqtisadiyyat – bu, heç bir həzz almadan pulları xərcləmək üsuludur.