Mühasibat uçotunda müasir problemlər (1-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Müasir biznesin idarə olunması üçün informasiya texnologiyaları sahəsində müasir nailiyyətlərin tətbiqi idarə olunan proseslər haqqında informasiyanın vaxtında və dolğunluğunun təmin olunmasına imkan yaradır. Proseslərin daha dərindən təhlilinə, modelləşdirilməsinə və onların inkişafının proqnozlaşdırılmasına imkan yaradır. Mühasibat uçotu informasiya bazası kimi çıxış edir. Bunun əsasında təşkilatın daxili informasiya istifadəçiləri olan rəhbərliyi tərəfindən çox mühüm idarəetmə qərarları qəbul edilir. Dövlət nəzarətedici orqanları, səhmdarlar, investorlar, kreditorlar və s. kimi xarici istifadəçilər tərəfindən müəssisənin fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir.

Son illərdə biznes idarəçiliyində informasiya texnologiyalarının inkişafı sürətlə gedir. Müasir mühasib bu gün artıq avtomatlaşdırma vasitələrindən geniş istifadə etmədən mühasibat uçotunun aparılması prosesini təsəvvür edə bilmir. Məhz, ona görə də mühasibat hesabatlarının formalaşdırılmasının əsas tətbiqi problemlərindən biri onun avtomatlaşdırılması və kompüter texnologiyaları dünyasında son tendensiyalarla əlaqələndirilməsi prosesidir. Lakin bu gün mühasibat uçotunun avtomatlaşdırılması ilə bağlı meydana çıxan problemlər aktual olaraq qalır.

Mühasibat uçotunun avtomatlaşdırılmasının müxtəlif aspektləri müxtəlif müəlliflər tərəfindən öyrənilir və bu, əsasən, müəyyən proqram məhsullarının tətbiqi və istifadəsi üzrə metodik tövsiyələrlə bağlıdır.

Mühasibat uçotunun müasir aktual problemlərindən biri mühasibat uçotunun avtomatlaşdırılmış formasının zəif işlənmiş metodologiyasıdır. Buna baxmayaraq, proqram təminatı tərəfindən istifadə olunan alqoritmlər kifayət qədər mürəkkəbdir və proqram təminatından istifadə etmək üçün bunu işləyib hazırlayandan gələn məsləhətlər daha faydalıdır. Lakin, eyni zamanda, mühasibat uçotunun avtomatlaşdırılmış formalarının metodologiyasının inkişaf etdirilməsi zəruridir.

MühasibQeyd etmək lazımdır ki, bu gün üçün hazırlanan metodologiya formaları çox zəifdir. Yalnız bəzi işlərdə müəlliflər avtomatlaşdırılmış sistemlərin qurulması prinsiplərini təhlil edir, mühasibat uçotunun avtomatlaşdırılmış formasının inkişafının metodik, həm də metodoloji problemlərini nəzərdən keçirirlər. Özü də bu zaman mühasibat uçotunun aparılmasının avtomatlaşdırılmış forması yalnız bütövlükdə mühasibat uçotu ilə qurulmanın ümumi prinsiplərinə deyil, həm də mühasibat uçotunun aparılmasının avtomatlaşdırılmış formasının rasional qurulması mümkün olmayan öz spesifik prinsiplərinə malikdir.

Bundan əlavə, MHBS-ə keçidlə əlaqədar olaraq mühasibat uçotunun avtomatlaşdırılmasının başqa bir problemi, yeni mühasibat standartlarına uyğun proqram məhsullarının təkmilləşdirilməsi zərurəti ilə əlaqədardır. Mühasibat uçotunun müasir avtomatlaşdırılmasının digər mühüm problemi məlumatların saxlanılmasının etibarlılığının təmin edilməsi məsələsi olur. Çünki informasiya təşkilatın strateji resurslarından birinə çevrilir. Onun fəaliyyətində getdikcə daha çox əhəmiyyət kəsb edir.

Eyni zamanda, metodların onlayn-rejimdə istifadəsi ilə bağlı bir sıra problemlər mövcuddur. Onların əsas hissəsi informasiya təhlükəsizliyinin təmin edilməsi problemidir. Bu gün məlumatların yüz faiz məxfiliyinə təminat verən xüsusi normativ hüquqi aktlar, habelə texnologiyalar mövcud deyil.  Nəticə etibarilə, ən qiymətli məlumatlar ictimai onlayn-sistemdə saxlanılmamalıdır.


Print Friendly, PDF & Email