Mühasibat uçotunu elektron formada aparan vergi ödəyicilərinə maliyyə sanksiyaları 50%-dən 25%-ə endirilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi yoxlamalarının aparılmasıMühasibat uçotunu elektron formada aparan vergiödəyicilərinə maliyyə sanksiyaları 50 faizdən 25 faizə endirilib.

Mühasibat uçotunu elektron formada aparan vergiö dəyiciləri əlavə stimullaşdırmaq məqsədilə qanunvericilikdə dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 25-də Vergilər Nazirliyində keçirilən mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev bildirib.

Onun sözlərinə görə, mühasibat uçotunu elektron qaydada aparan və elektron məlumatları vergi orqanlarına təqdim edən vergiödəyiciləri ilə bağlı vergidən yayınma halları aşkar olunarsa, onlara tətbiq edilən maliyyə sanksiyaları 50 faizdən 25 faizə endirilib. Nəticədə mühasibat uçotunu elektron formada aparan vergiödəyiciləri digərləri ilə müqayisədə üstünlük əldə etmiş olacaqlar.

Ə.Quliyev qanunvericilikdə edilmiş digər bir dəyişikliklə bağlı açıqlama verərək deyib ki, müvafiq maddələrin tələblərini ilk dəfə pozan vergiödəyicisinə maliyyə sanksiyası tətbiq olunmazdan əvvəl, ona rəsmi (yazılı) xəbərdarlıq ediləcək.

1000 manat gəlirə görə, 50 manat vergi ödəniləcək .

“Bu gün bir çox xidməti müqavilə əmək münasibətlərinin pərdələnməsi statusundadır. Bunu da nəzərə alaraq qanunvericiliyə dəyişiklik edilir. Gələn ildən xidməti müqavilə ilə işləyənlər sadələşdirilmiş verginin ödəyicisi ola bilməyəcəklər”.

Bunu Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib.

“Tutaq ki, VÖEN-i olan fiziki şəxs müqavilə əsasında hüquqi şəxsə xidmət göstərir. Həmin fiziki şəxs 2019-cu ildən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməyəcəkdir. 2019-cu ilin yanvar ayının 1-dən müqavilə ilə xidmət göstərən sadələşdirilmiş vergi ödəyiciləri gəlir və ya mənfəət vergisi rejiminə keçməli olacaqlar. Gəlir vergisi rejiminə keçdikdə, tutaq ki, VÖEN ilə işləyən fiziki şəxsin ayda 1000 manat gəliri varsa və xərci yoxdursa 200 manat vergi hesablayacaqdır (gəlirinin 20%-i, 1000×20%). Dövlət də hesblanmış verginin 75%-ni güzəşt edir. Yəni, xidməti müqavilə ilə işləyib 1000 manat qazanan ayda 50 manat gəlir vergisi ödəyəcəkdir”,- Natiq Şirinov deyib.

Qeyd edək ki, hazırda sadələşdirilmiş vergi ödəyicisi Bakı şəhərində 1000 manat gəlirə görə 40 manat, regionlarda isə 20 manat vergi ödəyir.

Əgər VÖEN-i olan ödəyici xərclərini gəlirindən çıxarsa daha aşağı vergi ödəyə bilər. Məsələn, 1000 manat aylıq gəliri əldə etmək üçün 300 manat xərc çəkilirsə, bu zaman qalan 700 manatın 20%-i (140 manat) gəlir vergisi olaraq hesablanacaqdır. Qanunla gəlir vergisinin 75%-i mikro sahibkara güzəştə gedildiyindən cəmi 35 manat vergi ödəniləcəkdir (140×75%=105 manat).

Sadə şəkildə qeyd etsək, heç bir xərci olmayan mikro sahibkarlar gəlirinin 5%-i qədər vergi ödəyəcəklər. Xərci olanlar isə, cəmi gəlirlərdən cəmi xərcləri çıxacaq və qalan xalis gəlirinin 5%-ni gəlir vergisi olaraq ödəyəcəklər.

Qeyd edək ki, illik 200 min manat dövriyyəsi olan sahibkarlar mikro-sahibkar qəbul edilir. 75% güzəşt, 200 min manatdan yüksək dövriyyəyə malik olanlara şamil edilmir.

Yeni nəsil kassa aparatlarına keçidlə bağlı – AÇIQLAMA

Ticarət və xidmət obyektlərində yeni nəsil kassa aparatlarının mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, onlayn kassa aparaktlarına keçid birdən-birə bütün ölkə ərazisini əhatə etməyəcəkdir:

“Texniki həllər ilə bağlı ayrıca normativ-hüquqi akt olacaq. Kassa aparatı hər vurulan əməliyyatı avtomatik vergi orqanına ötürməlidir. Ola bilsin mövcud kassa aparatlarına kiçik qurğu əlavə edilsin, ola da bilər ki, aparatlar dəyişdirilsin”.

Samirə Musayeva əlavə etdi ki, onlayn kassa aparatlarının tətbiqi üçün Nazirlər Kabineti tərəfindən Vergilər Nazirliyinə maliyyə ayrılıb:

“Hökumət bu növ qurğuların alınması və quraşdırılması üçün ilkin vəsait ayırmışdır. Lakin sahibkarın onlayn kassa aparatının tətbiqinə görə necə ödəniş edəcəyi qanunvericilik ilə tənzimlənəcəkdir”.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email