Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (7-ci addım)

7-ci addım

Əmtəələrin nə olduğunu və onların maddi dəyərlərdən fərqini dəqiq bilmək lazımdır.

Hazırda ticarət müəssisələri üstünlük təşkil edir. Orada çalışarkən, nə ilə məşğul olduğunuzu bilməlisiniz.

Əmtəə-material ehtiyatı özündə bunları birləşdirir:

a) müəssisənin fəaliyyəti nəticəsində istehsal olunmuş və satış üçün nəzərdə tutulmuş  hazır məhsullar, o cümlədən yolda olan məhsullar;

b) başa çatdırılmamış istehsal, sona çatdırılmamış işlər və xidmətlər;

c) istehsal prosesi və ya iş və xidmətlərin yerinə yetirilməsi zamanı istifadə edilən xammal, materiallar, digər materiallar və ehtiyatlar.

Buradan görürük ki,  əmtəələr – heç də ayrılıqda götürülmüş dəyərlər deyil, onlar müəssisənin əmtəə-material ehtiyatlarının tərkibinə daxildir. Məsələn, unu götürək. Əgər biz unu satış üçün almışıqsa, bu əmtəədir. Yox, əgər unu çörək və ya çörək-bulka məmulatı bişirmək üçün almışıqsa, onda bu xammal və materialdır. İndi istehsal edilmiş çörək hazır məhsul hesab olunur. Lakin, həmin çörək əgər satış üçün nəzərdə tutulubsa. Yox, əgər həmin çörək ondan kotlet və ya çörək şorbası hazırlamaqdan ötrü istehsal olunubsa, belədə o, xammaldır və sonrakı istehsal üçün nəzərdə tutulub.

Avtomobillər təkrar satış üçün əldə olunubsa, onda həmin maşınlar – əmtəədir. Yox, əgər müəssisədə istifadə üçün hətta on və ya daha çox avtomobil alınıbsa belə, onda bu maşınlar əmtəə deyil, müəssisənin əsas vasitələri hesab olunur. Onlara amortizasiya tətbiq olunmalıdır. Məhsula isə amortizasiya tətbiq olunmur.

Əmtəə – bazara təqdim edilən, alınması, istifadə olunması və ya istehlak edilməsi nəzərdə tutulan maddi bir məhsuldur.

Beləliklə, dəqiq ifadə etmək lazımdır ki, bu əmtəələr satış və ya təkrar satış üçün əldə edilib.

Hazır məhsul isə, bu realizə olunması və ya satış üçün nəzərdə tutulmuş əsas və köməkçi istehsal məhsuludur. O, müəssisə tərəfindən komplektləşdirilməli, tələb olunan bütün texniki və digər şərtlərə cavab verməli, anbara qoyulmalı və yaxud müvafiq sənədlərə uyğun sifarişçiyə göndərilməlidir.

Hazır məhsullar faktiki xərclə hesablanır, hansı ki, müəyyən bir müddət bitdikdən sonra, ən çoxu ayda bir dəfə müəyyən edilir.

Satış və ya təkrar satış üçün alınmış mallar alış qiyməti ilə uçota alınır, hansı ki, tərkibinə bunlar daxildir:  ilkin alış qiyməti, idxal rüsumları, komisyon haqqı və digər nəqliyyat xərcləri, aralıq firmaların xidmətləri və səhmlərin alınması, ehtiyatların əldə olunması ilə birbaşa əlaqəlidir.

Məqalənin 6-cı hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Digər məqalələrimizi bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *