Mühasibat uçotunu öyrənənlərin bilməli olduğu əsas terminlər (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Broker – mallar, qiymətli kağızlar, valyuta (şəxs, şirkət, təşkilat) alıcıları və satıcıları arasında vasitəçi.

Brutto – malın qablaşdırma qutusu ilə birlikdə həcmi.

Mühasibatlıq sənədləri – təsərrüfat əməliyyatları aparmağa hüquq verən və onların həqiqiliyini təsdiq edən yazılı şəhadətnamə.

Mühasibat məlumatı – təşkilatın təsərrüfat fəaliyyətinin aparılmasından ötrü  ölçülü idarəetmə qərarlarının qəbulu ilə bağlı vaxtında verilən və keyfiyyətli məlumatlar.

Mühasibat hesabatlılığı –  təşkilatın mülkiyyət və maliyyə vəziyyəti, təsərrüfat fəaliyyətinin nəticələri barədə müəyyən edilmiş qaydalara uyğun olaraq, mühasibat uçotu məlumatları əsasında tərtib olunmuş bir bilgi sistemidir.

Mühasibat keçirməsi –  bir hesabın debetində və digər hesabın kreditində eyni vaxtda yazmağa tapşırıq.

Mühasibat uçotu – sənədlər əsasında məlumatların toplanması, qeyd edilməsi və ümumiləşdirilməsi üçün mütəmadi sistem; pul vəsaitlərinin qiymətləndirilməsində mülkiyyət və biznes əməliyyatlarının davamlı və qarşılıqlı əks etdirilməsi.

Valyuta ölkənin pul sisteminin əsasını təşkil edən pul vahidi (milli valyuta) və ya xarici dövlətin (xarici valyuta) pul vahidi.

Mühasibat balansının valyutası hesabat dövrünə aid balansın aktiv və öhdəliklərinin pul şəklində ifadə olunmuş nəticələri.

Veksel verən borc alan, borclu, veksel verən, onun əsasında kredit almış və həmin vekseli ödəmək və borcu qaytarmaq öhdəliyi götürən.

Veksel saxlayan – vekselin təqdim olunduğu şəxs, onun sahibi vekseldə göstərilən pul məbləğini almaq hüququ vardır.

Veksel yazılı borc öhdəliyi, hansı ki, sahibinə müddət bitdikdə borcalandan orada göstərilən pul məbləğini almaq hüququ verir.

Banklarda təşkilatların hesablarından çıxarış bank müəssisələrinin təşkilatlara verdiyi sənədlər və hesablaşma (cari) hesablarında pulun hərəkətini əks etdirir.

Dividendlərin ödənilməsi – xalis mənfəət hesabına paylanan gəlirlərdən sahibinə dividendlərin verilməsi.

Qiymətli kağızların buraxılışı – sahiblərini eyni həcmdə hüquqla təmin edən və bir bankın eyni həcmdə (ilkin yerləşdirmə) olan qiymətli kağızlar dəsti. Bir buraxılışdan olan bütün qiymətli kağızlar eyni dövlət nömrəsində olmalıdır.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email