Mühasibat uçotunun hesablar planı

posted in: Uncategorized | 0

Mühasibat uçotunun hesablar planı — mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmusudur. Köhnə hesablar planı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 sentyabr 1995-ci il tarixli İ-94 saylı əmri ilə təsdiq olunmuş və 1 yanvar 1996-cı il tarixdən qüvvədədir. Yeni hesablar planı (Kommersiya təşkilatlari üçün 1 N-li Milli Muhasibat Uçotu Standartı, Əlavə 2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-ci il 18 aprel tarixli İ-38 nömrəli əmri ilə təsdiq edilmişdir). Yeni hesablar planında bölmələr, maddələr, balans hesabları və subhesablar nəzərdə tutulmayıb. Əsas hesablar üç rəqəmdən ibarət olur. Sonradan subhesablara xırdalana bilər.Məsələn 1-ci bölmə üzunmüddətli aktivlərdir. Həmin bölmədə artıq 10-cu maddə qeyri-maddi aktivlərdir. Həmçinin bu maddədə 101 qeyri-maddi aktivlər balans hesabı, 111 torpaq, tikili və avadanlıqlar adlı balans hesabları var. Dediyim kimi 3 rəqəmdən ibarət balans hesabları subhesablara bölünə bilər. Məsələn 101-2 qüdvil.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *