Mühasibatlığı kimə etibar etməli?

birbank biznes

Hər bir sahibkar mühasibat uçotunun aparılmasını necə və kimə etibar edilməsi ilə bağlı məsələdə problemlərlə qarşılaşır. Müvafiq qanunvericiliyə görə mühasibat uçotunu bu mütəxəssislər yerinə yetirməlidirlər:

– Ştatlı iqtisadçı, müqavilə əsasında kənar mühasibat təşkilatı, müəsssisənin öz rəhbəri.

İri təşkilatlarda, şirkətlərdə işlərin həcmi böyük olduğundan ayrıca mühasibatlığın saxlanılması bir zərurətə çevrilir, kiçik təşkilat və müəssisələrdə isə mühasibat uçotunun istənilən üç üsulundan birinin təşkili məqsədəuyğun sayılır. Bütün üsulların müsbət və mənfi tərəflərinə diqqət yetirək.

Hər hansı bir şirkətə işə qəbul üçün yeni adam gələndə, müəssisə rəhbərləri həmin şəxsin zahiri görkəmindən onun necə bir işçi, qabiliyyətlərinin hansı səviyyədə olduğunu müəyyən etməkdə çətinlik çəkirlər. Əməkdaş müvafiq biliklərə malik ola bilər, amma praktiki iş təcrübəsi olmaya bilər. Mühasiblər çox vaxt iş prosesi zamanı dərk oluna bilərlər.

Səhvlər aşkar olunduqda, buna görə cərimə sanksiyaları ilə bağlı məsuliyyəti rəhbərlik daşıyır. Yüksək ixtisaslı baş mühasib və ondan ötrü iş yerinin təşkil olunması, böyük  məsrəflərə gətirib çıxarır. O səbəbdən bəzi müəssisələrə belə bir əməkdaşın saxlanılması sərf etmir.

Mühasibat uçotunun sərbəst şəkildə aparılmasından ötrü xüsusi biliklər və təhsil gərəkdir. Amma müəssisə rəhbərlərinin əksəriyyətinin iqtisadi və ya maliyyə təhsili olmur. Belə halda böyük problemlər ortaya çıxa bilər və sonda yenə də mühasibat uçotunun aparılmasından ötrü xüsusi şirkətlərə müraciət etmək lazım gələcək. Çünki mühasibat uçotunun bərpası bir zərurətdir və bunu yalnız mütəxəssis yoluna qoya bilər.

Mühasibatlıq işlərinin kənar təşkilatlar tərəfindən aparılması orta və kiçik biznes sahəsində çox geniş yayılıb. Belə bir şirkətlə əməkdaşlığı təxminən bu cür  xarakterizə etmək olar. Həmin şirkət sizin biznesinizin xüsusiyyətlərini öyrənir, yerinə yetirməli olduğunuz işləri müəyyənləşdirir, görəcəyi işlərə görə alacağı məbləği sizinlə razılaşdırır və nəhayət tərəflər arasında müqavilə imzalanır. Siz yalnız mühasibat şirkətinə bütün ilkin sənədləri təqdim edirsiniz, mühasibat hesabatlarını və vergi deklarasiyalarını imzalayırsınız.

Əgər, həmin şirkətin təqsiri üzündən hər hansı bir zərərə düşsəniz,  siz onu mülki məsuliyyətə cəlb edə bilərsiniz ki, bu da təşkilat üçün böyük üstünlükdür. Əgər, sizə vergi xidmətləri sahəsində konsultasiyalar lazımdırsa, onda şirkət sizə vergi məsləhətçisi  təyin edə bilər. Çünki mühasiblərin heç də hamısı sizin vergilərlə bağlı suallarınıza düzgün cavab vermək iqtidarında deyil. Vergi Kodeksinin düzgün başa düşülməməsi isə ciddi maliyyə itkilərinə gətirib çıxara bilər.

Müəssisənizin gəlirləri bir çox hallarda mühasibat uçotunun düzgün aparılmasından asılıdır və onu necə aparmalısınız, bax, bunu isə özünüz müəyyən etməlisiniz.


Mühasibat haqqında bir neçə maraqlı fakt


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email