Mühasibatlıq şirkətlərində müasir texnologiyalar (III hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibatlıq şirkətlərində müasir texnologiyalar (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Yüksək keyfiyyətli, effektiv mühasibatlıq müasir texnologiyalar olmadan mövcud ola bilməz. Klassik kağız mühasibatlığı və ya “anbar” mühasibatlığı tədricən tarixə qovuşur. Onu elektron sənəd dövriyyəsi əvəz edir. Mühasibat uçotu təkmilləşir, maksimum səviyyədə avtomatlaşır. Bütün bunlar funksional proqram təminatı və etibarlı profil avadanlıqları tələb edir.
Məsafədən mühasibatlıq

Mühasibatlıqda outsourcer-in işi, demək olar ki, məsafədən idarə olunan texnologiyalardan istifadə etmədən başa gəlmir. Sonuncular təkmilləşdirilir, mürəkkəbləşdirilir, daha rahat və etibarlı olurlar.

Məlumatların məsafədən emalı, onların mühafizəsi istifadəçinin proqram bazasını əhəmiyyətli şəkildə yüngülləşdirir. Böyük məlumat dəstləri faktiki olaraq təhlil edilə bilər. Məsafədən təmin olunmanın fiziki tərkibinə gəldikdə, bu zaman bir neçə serverdən istifadə oluna bilər. Bir qayda olaraq onlar müxtəlif yerlərdə saxlanılırlar. Bütün bunlar məlumatlara sanksiyalaşdırılmamış girişi çətinləşdirir, onların fiziki məhvinin reallığını demək olar ki, sıfıra yaxınlaşdırır.

Mühasibət proqramlarının əksəriyyəti məsafədən təmin olunma üçün yararlıdır. Hesabatların təhvili üçün, maliyyə əməliyyatlarının aparılmasından ötrü (müştəri-bank kimi) və s.

Məsafədən idarə olunan proqramlar outsourcer-lərin imkanlarını xeyli genişləndirir. Onların istifadəsi öz proqram sistemlərinin məlumatları ilə yüklənməməsi riski olmadan çox sayda müştəriyə səmərəli, keyfiyyətli xidmət göstərməyə imkan verir. Bundan başqa, bu texnologiyaları proqram təminatının inzibatlaşdırılmasına, onun yenilənməsinə, məlumatların şifrələnməsi xidmətlərinin düzgün işinin izlənilməsinə və s. xərclərin optimallaşdırılması imkanını təmin edir. Bütün bunlar mühasibat xidmətlərinin maya dəyərini və qiymətini azaltmağa imkan verir. Faktiki olaraq, texnoloji baxımdan outsourcer nə qədər inkişaf etmişsə, müştəriyə onunla əməkdaşlıq etmək bir o qədər sərfəlidir.

Müasir texnologiyaların autsorserlərdən ötrü faydalılığı aydındır. Bəs mühasibat xidmətlərinin son istehlakçısı, sifarişçisi üçün onlardan istifadənin üstünlükləri nədən ibarətdir?

Birincisi, müasir texnologiyalar məlumatların təhlükəsizliyini, onların təhlilinin keyfiyyətini, saxlanmanın etibarlılığını, emalın yüksək sürətini və sifarişçinin xahişi ilə verilməsinin təmin edilməsinə imkan verir.

İkincisi, müasir texnologiyaların tətbiqi həllərin ölçülməsinin asanlığını təmin edir. İstifadəçilərin sayı, məlumatların həcmi həm arta, həm də azala bilər. Eyni zamanda, bütün qarşılıqlı sistem dəyişdirilməməlidir. Müvafiq olaraq, outsourcing-ə keçid zamanı onun formatının dəyişdirilməsi maksimal dərəcədə azalır.

Üçüncüsü, müasir texnologiyalar mobilliyi təmin edir. Xidmət sifarişçisi istənilən vaxt və dünyanın istənilən yerindən işlərin yerinə yetirilməsi prosesinə və keyfiyyətinə nəzarət edə bilər. Həmçinin icraçı ilə ünsiyyət prosesi əhəmiyyətli dərəcədə sadələşdirilir.

Dördüncüsü, mühasibat xərcləri daha proqnozlaşdırıla bilən, tənzimlənən, nəzarət olunan hala gəlir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email