Mühasibin əmək funksiyası və nələri bilməlidir?

posted in: Uncategorized | 0

Əmək funksiyası. Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir. Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır. Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir. Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır. Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir. Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.

Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.

Bilməlidir: mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları; müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını; uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını; hesablama texnikasının istismarı qaydalarını; iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; daxili əmək intizamı qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya orta təhsil və müvafiq proqram əsasında xüsusi hazırlıq və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;

6-cı dərəcə: orta ixtisas (iqtisadi) təhsil və 3 ildən az olmayaraq 5-ci dərəcəli mühasib vəzifəsində iş stajı;

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali iqtisadi təhsil;

8-9-cu dərəcələr: ali iqtisadi təhsil və 3 ildən az olmayaraq 7-ci dərəcəli mühasib vəzifəsində iş stajı;

10-11-ci dərəcələr (aparıcı mühasib): ali iqtisadi təhsil və 2-3 ildən az olmayaraq 9-cu dərəcəli mühasib vəzifəsində iş stajı.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *