Mühasibin iş effektivliyi nədən asılıdır?

posted in: Mühasib, Məqalə, Xəbər | 0
birbank biznes

Mühasibin iş effektivliyi nədən asılıdır?

Siz məyus olmusunuz, çünki sizin maliyyə mütəxəssisiniz  özünü şirkətin işinə cəlb edə bilməyib?

Mühasibin effektivliyinə işçilərin şirkətə qayğı göstərməməsinin və öz töhfəsini verməməsinin beş əsas səbəbi haqqında topladığımız məlumatlardan istifadə etməklə təsir göstərilə bilər. Baxın, onlardan hansıları sizin təşkilatınıza aiddir.

  1. Maliyyə mütəxəssisləri hansı oyunu və necə oynadıqlarını bilmirlər.

Onların əksəriyyəti işəgötürənin baxışlarını, biznes məqsədlərini, strategiyanı, brendin əsas komponentlərini və bazar reallıqlarını anlamırlar.

Unutmayın ki, ümumi mənzərənin cahilliyi maraqsızlığa gətirib çıxarır. Burada hətta bilmədiyiniz bir şey haqqında narahatsınız? Şirkətin missiyasını bütün səviyyələrdə rəhbərliyin necə başa düşdüyü barədə fikirləşin. Sizin əməkdaşlarınız bunlar barədə nə qədər bilirlər:

  • Biznes-hədəflər;
  • Brendin vəd etdikləri;
  • Bütün şürkətin ümumi fəaliyyəti;
  • Bazar və onun təşkilata təsiri.
  1. İşçilər necə töhfə verəcəklərini bilmirlər. Onlar öz fəaliyyətlərinin ümumi işə necə təsir göstərdiyini başa düşməlidirlər. Hər bir mütəxəssis bilməlidir ki, onun uğuru və ya səhvləri bütün şirkətin işlərinin nəticəsinə necə təsir göstərə bilər.
  2. Siz maliyyəçilərə şirkətin qayğısına qalmaq üçün əsas vermirsiniz. Əməkdaşlar təkcə müəyyən hədəflərə necə və nəyə görə çatacaqlarını deyil, həm də nə üçün çatacaqlarını başa düşməlidirlər. Əməkdaşlarının qayğısına qalmayan sahibkarlar adətən, işçilər tərəfindən də oxşar münasibətlə üzləşirlər.
  3. Əməkdaşlar irəlicədən məğlubiyyətə kökləniblər. Mühasiblər köhnə dəblə işlərini yerinə yetirdikdə, problemləri həll etmək üçün alətlər almadıqda, öyrənməyə getmədikdə, kompüter savadına kifayət qədər sahib olmadıqda və ixtisaslarını artırmadıqda, onlar gündən-günə məğlubiyyəti hiss etməyə başlayırlar. Bu, mühasibin effektivliyinə təsir edən taktiki, texniki davranış səhvləri ola bilər. Nəticədə, belə bir mütəxəssis şirkətdən çıxa bilər və hətta maliyyə zərərinə səbəb ola bilər.

Yeni işçilərin öz vəzifələrini yerinə yetirmək üçün nə qədər yaxşı hazırlandığınız barədə düşünün. İşçilərinizi öyrədirsinizmi? Onlara dəstək verirsinizmi?

  1. İşçilər dəyərləndirilmədiklərini hiss edirlər. Mühasib əlavə səylər göstərdikdə, iş günündən sonra qalıb əlavə çalışdıqda və nəticədə qiymətləndirilmədiyini gördükdə –  özünü qurban kimi hiss edir. Əməkdaşların yerinə yetirdiyi, xüsusilə də iş vaxtından əlavə olan işlər lazımınca qəbul edilməli və dəyərləndirilməlidir.

Əgər siz yüksək məhsuldarlığı lazımınca dəyərləndirirsinizsə və işçilərinizin kiçik nailiyyətlərini və töhfələrini qeyd etsəniz, onda şirkətinizin qayğısına qalan və onun inkişafına şəxsi töhfə verməyə hazır olan daha çox işçi qazana biləcəksiniz.


Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email