Mühasiblər bunları mütləq bilməlidir

birbank biznes

Mühasiblər bunları mütləq bilməlidir

Aprel ayı üzrə əmək haqqı, əmək haqqı, Sosial Sığorta haqqı, Topdansatış fəaliyyəti, Ezamiyyə, maaş, müavinətin hesablanması, Buta Group, vakansiya, mühasib,əmək haqqı, emek haqqi, Sosial Sığorta əmlak vergisiBazar münasibətlərinin inkişafı və iri şəxsi şirkətlərin meydana gəlməsi, müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin inkişaf etməsi ilə mühasib peşəsinin əhəmiyyəti yeni çalar alıb. Mühasibat uçotu üzrə öz işlərini vicdanla və yüksək peşəkarlıqla yerinə yetirən mütəxəssislərə ölkəmizin müxtəlif şəhərlərində xüsusilə daha çox tələbat duyulur. Uzun illər ərzində “uçot və audit” üzrə mütəxəssislərin yenə də  mühüm əhəmiyyət kəsb etməsi, bir daha təsdiq edir ki, bu peşələr öz aktuallıqlarını qoruyub saxlamaqdadır. Ali təhsil müəssisələrinə bu ixtisalar üzrə qəbulun abituriyentlər arasında populyarlığı da bir daha bunu təsdiq edir.

Mühasiblər öz müəssisələrinin maliyyə şöbələrinin fəaliyyət göstərməsinə görə böyük məsuliyyət daşıyırlar. Tarixən elə olub ki, sözügedən sahədə çalışan mütəxəssislərin doxsan faizindən çoxunu zərif cinsin nümayəndələri təşkil ediblər.

Yüksək səviyyəli mütəxəssislər tərəfindən keçirilən vergi konsultasiyaları bir çox hüquqi və fiziki şəxslərə müəyyən məqamları özləri üçün aydınlaşdırmağa kömək edəcək. Bu konsultasiyalar həm şifahi, həm də yazılı şəkildə aparıla bilər, onlar yenicə mühasibliyə başlayan şəxslərdən ötrü xüsusilə aktuallıq kəsb edir.

Şifahi konsultasiyalar istənilən əlaqələr üzrə bağlanılan bütün müqavilə dövründə keçirilə bilər. Yazılı konsultasiyalar əllə və ya kompüterdə çəkilmiş müxtəlif cədvəllər və hesabatları özündə  ehtiva edir. Vergi konsultasiyaları vergi və 1C mühasibat uçotu proqramı üzrə biliklərə yiyələnmək istəyənlərdən ötrü xüsusilə zəruridir. Mühasibat sahəsində əsl mütəxəssislər daim öz biliklərini təkmilləşdirməli və yeni texnologiyaları izləməlidirlər. Həmçinin ƏDV ödənilməsi qaydaları üzrə də konsultasiyalar keçirilə bilər, belə ki, bu, ən mürəkkəb vergilərdən biri hesab olunur.

Bundan əlavə, vergi və mühasibat sahəsində konsultasiyalar bir çox digər məsələlərdə də kömək edə bilər. Misal üçün, idxal və ixrac mallarının ilkin sənədləşdirilməsi və ya hesabatlarının tərtibatı zamanı. Hesabatların vaxtında hazırlanmasından ötrü bu biliklər mühüm əhəmiyyət kəsb edir. Sahibkarların vergi tutmaya cəlb olunan müqavilələrin xüsusiyyətləri və kassa aparatının qeydiyyata alınmasından imtina etmənin qaydasını bilmələri çox zəruridir.

Hesabatların aparılması ilə məşğul olan mühasiblər vergi tutma sahəsində baş verən istənilən dəyişikliklərdən xəbərdar olmaları çox vacibdir. Onlar öz biliklərinin səviyyəsinin yüksəldilməsinə diqqət yetirməli və həmin sahədə baş verən yeniliklərdən xəbərdar olmalı və bütün incəliklərə doğru olduqca sərbəst şəkildə istiqaməti seçməyi bacarmalıdırlar.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email