Mühasiblər haqqında maraqlı lətifələr (5-ci hissə)

posted in: muhasibat, Məqalə | 0
birbank biznes

  • İş gününün qızğın çağında şirkətlərdən birində vəhşi qışqırıq səsləri yüksəlir, içəri kamuflyaj və maska taxmış oğlanlar soxulur. Hamı şokdadır, bir nəfər qışqırır: – Haydı, hamı döşəməyə uzansın, yaramazlar – bu qarətdir! Baş mühasib döşəməyə uzanaraq: – əclaflar, yaman qorxutdular, mən də elə bildim vergi polisidi…
  • Nahardan sonra mühasibatlığa daxil oluram – heç kim yoxdur… “Odnoklassnika” daxil oluram – op-p-pa! Bütün mühasibatlıq burdadı ki…
  • İşə yeni mühasib götürmüşəm, 1951-ci ildə anadan olub. Əlindən hesablama çötkəsini aldım, indi o, kompüterdə Bloknotda sütunla hesablayır!
  • İki mühasib söhbət edir: – Rəhbərlik lap ağını çıxarıb, bu qədər məzuniyyətsiz işləmək olar!- Heç olmasa bir neçə gün dincəlmək üçün mənim ideyam var. O, tavandan keçən boruya ayaqlarını dolayaraq başı aşağı sallanır. İçəri girən rəis soruşur: – Burada nə baş verir, bu nə deməkdir, niyə tavandan asılıb qalmısınız? Mühasib cavab verir: – Qeyri-adi heç nə – mən lampoçkayam, otağı işıqlandırıram, niyə də asılmayım ki? – Bilirsiniz, mənə elə gəlir ki, siz çox yorulmusunuz, gedin evə və bu həftə ərzində sizi burada görməyim. Mühasib getmək üçün hazırlaşır. Bu zaman ikinci mühasib də yığışmağa başlayır.  – Bəs Siz hara? – deyə, rəis soruşur. – Axı, mən işıqsız necə işləyə bilərəm!
  • İki əməkdaş söhbət edir: – Bilirsən, bizim mühasib – adam aldadandır! Amma çox ədalətli insandır. – Həmsöhbəti soruşur, axı, bu necə ola bilər? – O, istisnasız hamını aldadır.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Print Friendly, PDF & Email