Print Friendly, PDF & Email

Ctrl + F qısayolu ilə istədiyimiz yazını, məbləği və simvolu tapmağı bilirik. Bəs, fərz edək ki, sarı rənglə formatlanmış bütün xanaları necə tapa bilərik?

Capture

Arqument ola bilər ki, sarı xanaların harda olduğu görünür, lakin Hide edilmiş sətirlər, sütunların ola biləcəyini də nəzərə alın. Və yaxud bütün sarı olan xanaları göy rəngə dəyişdirmək istəyə bilərik. Bunun üçün, workbook-dakı bütün sheet-ləri tək-tək axtarmamaq üçün Ctrl+F ilə bütün bu xanaları tək əməliyyat ilə tapıb, istədiyimiz formatlamanı tətbiq edə bilərik.

Bunun üçün Ctrl+F qısayolu ilə Find dialoq qutusunu açır və Options klikləyirik.

Find formats - 1.png

Axtar dialoq qutusu bir az genişləyərək aşağıdakı halını alacaqdır:

Find formats - 2.png

Format dropdown siyahısına kliklədiyimiz zaman, qarşımıza 2 variant çıxacaq:

  1. Format – Adi, bildiyimiz Formatlama pəncərəsi açılacaqFind formats - 3

    Buradan istənilən formatı seçərək, o şəkildə formatlanmış xanaları tapa bilərik. Məsələn, sağ çərçivəsi olan, rəngi göy, fontu Arial olan xanalar.

  2. Choose Format From Cell – Bu variantla isə, səhifə üzərindəki hər hansı bir xananı klikləyərək, konkret o formatı sanki copy-paste edə bilərik. Hədəfimiz, sarı rəngli xanalar olduğu üçün, mənim Preview-um bu şəkildə olacaq:Capture - 2.JPG

Find All dedikdən sonra, Excel bütün sarı rəngli xanaları alt-alta sıralamış olacaq.

Capture - 3.JPG

Bu siyahıdakı hər hansı bir sətrin üzərinə gəlib seçsək, sheet-dəki həmin xana seçilmiş olacaq. Bütün xanaları seçmək üçün isə Ctrl+A qısayolundan istifadə etməliyik.

Find formats - 4.png

Soldakı əsas cədvəldə bütün sarı xanaların seçildiyini görəcəyik. Bundan sonra isə, həmin xanalara istənilən formatı və dəyişikliyi edə bilərik.

 

Müəllif: Elçin Xəlilov

 

Ən maraqlı excel texnikalarını və ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN