Mühasiblər üçün psixoterapiya

birbank biznes

MühasiblərMühasiblər üçün psixoterapiya və ya 10 mühüm qayda

1-ci hissə

Bizlərin çoxunda  daimi stresin səbəbi ətrafımızdakı həqiqətin təhrifedici bir hiss kimi qavranılmasıdır. Öz növbəsində bu cür qavrama çox vaxt həyat haqqında ardıcıl olmayan və ziddiyyətli təsəvvürlərdən qaynaqlanır.

İnsanın təsəvvüründəki aləmə təsir vasitəsi kimi istifadə olunan məntiqi düşüncə metodu stresin miqyasının dəfələrlə azalmasına kömək edir. Bu metod rasional psixoterapiya adlanır. O, kütləvi üsullardan ibarətdir, lakin biz,  xüsusilə, məhz  mühasiblər üçün əhəmiyyətli olan qaydalara diqqət yetirmək istərdik.
Mühasibat Uçotu Kursları

1-ci Qayda.

Öz səlahiyyət sahənizi müəyyən edin

Həmişə konkret olaraq nəyə cavabdeh olduğunuzu dəqiq bilməlisiniz. Şirkətlərin vəziyyəti ilə əlaqəli ortaya çıxan problemləri öz üzərinizə yıxmaq lazım deyil. Siz ümumilikdə bütün biznesə görə deyil, yalnız öz işinizə görə cavabdehsiniz. O, necə inkişaf edəcək, bax bu, mülkiyyət sahiblərindən, direktordan asılıdır, sizdən yox. Direktor və ya sahibkarın işlərin aparılmasında riskli üsullardan istifadə etmələrində siz təqsirkar deyilsiniz. Mənfi nəticələr sizin deyil, onların fəaliyyəti, onların səhvləri nəticəsində  ortaya çıxıb. Buna görə strateji cəhətdən səhvə yol verən sözügedən rəhbər işçilər məsuliyyət daşıyırlar, siz yox! Çünki siz zamanında bütün risklərlə bağlı xəbərdarlıqlarınızı onların diqqətinə çatdırmısınız.

İkinci bir tərəfdən, problem hansısa obyektiv səbəb üzündən ortaya çıxırsa belə, buna görə də özünüzü üzməyə dəyməz. Tutaq ki, şirkət mal almaq üçün kredit götürüb, həmin mallar gömrükdə “asılıb qalıb”. Sizin işiniz – hər şeyi düzgün yerinə yetirməkdən ibarətdir: zəruri olan sənədləri tərtib etmək, ola bilsin, kreditin ödənişinə nəzart etmək, lazım olan yerə pul ödənişlərini müddətində yerinə yetirmək, bundan artığına gərək də yoxdur! Rəhbərlik nə qədər istəyir özünü dağıtsın, bunun sizə heç bir aidiyyatı yoxdur. Bu mühasibin nəzarətinə aid məsələ deyil!

Bu cür yanaşma metodu sizə emosiyalar altında deyil, dərk olunmuş seçim üzrə işləməyə yardım edəcək. Biz bütün dünyada baş verənlərə nəzarət etməyə cəhd göstərməməliyik və bunu edə də bilmərik, amma biz öz səlahiyyətimizdə olanlara təsir edə bilərik və təsir etməliyik də.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email