Mühasiblərin Ümumdünya Konqresi (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasiblərin Ümumdünya KonqresiMühasiblərin Ümumdünya Konqresi (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun.

2-10 noyabr tarixlərində Avstraliyanın Sidney şəhərində Mühasiblərin 20-ci Ümumdünya Konqresi (World Congress of Accountants (WCOA)) keçirilib. Qlobal biznes və maliyyə birliyi ilə əlaqəli uçot üzrə əsas beynəlxalq hadisədə 130 ölkədən 6000-dən çox nümayəndə iştirak edib.

Mövcud kommunikasiya proseslərini əhəmiyyətli şəkildə sadələşdirən texnologiyalar dünyasında  peşəkarın həmişə öz həmkarları ilə canlı ünsiyyət qurmaq, təcrübə və bilik mübadiləsi aparmaq, zamanın çağırışlarına cavab vermək kimi tələbatları olur. Əgər maliyyə nəzarəti, uçot prosesləri, vergi məsələləri, maliyyə idarəetməsi ilə bağlı 6000-dən çox ən yaxşı mütəxəssislər, 130 ölkədən biznes-liderlər bir araya gəlib peşədə baş verən dəyişiklikləri müzakirə edirlərsə, təcrübəli həmkarlarını dinləyirlərsə və peşəkar məsələlərin həlli yollarını birlikdə araşdırıb tapırlarsa, sözügedən tədbirdə iştirak etmək bir prestij məsələsinə çevrilir.

Mühasiblərin 20-ci beynəlxalq konqresi bu dəfə sirli və uzaq Avstraliyada – kenqurunun, dəvəquşunun vətənində keçirilib. O ölkədə ki, qışla yay yerlərini “dəyişik salıb”; o ölkədə ki, əhalinin sıxlığı çox aşağıdır (əhalinin 60% 5 iri şəhərdə yaşayır) və yüksək təhlükəsizlik təmin edilib; avantüristlərin və islaholunmaz romantiklərin ölkəsində.

Səyahət çərçivəsində hər bir nümayəndəni iş və istirahət, işgüzar görüşlər və xoşagələn gözlənilməzliklər, peşəkar diskussiyalar və Sidneyin şən bahar əhvali-ruhiyyəsi gözləyirdi.

Ümumdünya Konqresinin İşgüzar Proqramı

Ümumdünya konqresinin işgüzar proqramı ötən illərin ən yaxşı ənənələrini – spikerlərin yüksək səviyyəsi və diskussiyaların keyfiyyətini qoruyub saxlayıb, eləcə də iştirakçılara peşəkar mühasibat birlikləri üçün aktual məsələlər üzrə fikir mübadiləsindən ötrü yeni formatlar (Business Connect proqramı), həmkarları ilə təbrik kokteylində və qala-axşamda qeyri-formal ünsiyyət təklif edib.

Müzakirə fokusu: qlobal dəyişikliklər (sosial, siyasi, tenoloji) və onların mühasib peşəsinə təsiri; müasir texnologiyaların (süni intellekt, blokçeyn və digərləri) peşəkar mühasibin işinə inteqrasiyası; peşəkar etika və qloballaşma prosesləri; mühasibat hesabatlarının şəffaflığı və b.

Xüsusi səyahət proqramı özündə üç dolğun məlumat blokunu birləşdirir

  • Maarifləndirici: Sidneylə qeyri-formal tanışlıq. Tarixi mərkəz və müasir arxitektura düşüncəsi; Hayd Park və Roks tarixi rayonu; King Kross əyləncə rayonu və Darling Harbor buxtası; viktorian dövrünün qədim binaları və “səthi” fəvvarələr; şəhərin qüruru sayılan Sidney opera teatrı.
  • Eko: ən qədim evkalipt ağacları aləminə və Sakit okean sahil küləyi ərazisinə səyahət; Birinci addım: Sidneydən qərbə, Mavi dağlar ölkəsinə səyahət. Qədim qayalar və aborigenlərin mağaraları, vəhşi kenqurular, kakadu quşlarının təbii yaşayış mühiti ilə tanışlıq və ünsiyyət və şəlalərin mənsəbinə səyahət; 270 metr dərinliyində olan Skyway uçurumu üzərindəki asma yol və dünyada ən sərt dəmiryolu. İkinci addım: Sidneyin cənubundan (Sakit okean sahili boyunca) kapitan Kukun izi ilə (ilk avropalıların sahilə çıxdıqları Botani Bey milli parkı); tropik çay və dəniz sahilinin birləşməsində yaranan gözəl gölə (Royal National Parkkral milli parkı) səyahət.
  • Qastronomik: koloritli avstraliya pabında ekstravaqant axşam. Girişdə sizi “taxma dişlərinizi” burada qutuda saxlayın sözləri yazılmış lövhəcik qarşılayır; yerli şərabların və ət yeməklərinin dequstasiyası; Sidney buxtasına açılan mənzərəli yerdə sular üzərində axşam yeməyi.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Print Friendly, PDF & Email