Mühasiblərin diqqətinə! Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün ödənişsiz təlim

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində ilk mərhələdə ortahəcmli müəssisələrdə bu standartların tətbiqinin təşviq edilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunan tədbir üzrə əsas icraçı qurum Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən olunduğundan 2018-ci il ərzində bu istiqamətdə müxtəlif təlimlərin keçirilməsi planlaşdırılmışdır.
Bu məqsədlə Maliyyə Elm-Tədris Mərkəzində “KOS subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda növbəti təlim 2018-ci il 22 fevral tarixində təşkil ediləcəkdir.
İştirak üçün qeydiyyatdan keçməyiniz tələb olunur.
Son qeydiyyat tarixi: 21 fevral 2018-ci il.
E-mail: .
Əlaqə telefonu: +994 12 4048159

Mənbə: tedris-maliyye.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email