Mühasiblərin ən geniş yayılmış 5 səhvi

birbank biznes

işçinin təminatlarıMühasiblərin beş ən geniş yayılmış səhvi

Auditorlar və vergi müfəttişləri mühasiblərin işlərində daim səhvlər tapırlar. Yoxlama zamanı aşkara çıxan səhvlərin sayı çoxdur. İndi isə daha çox rast gəlinən səhvlər barədə məlumat verək.

  1. Müqavilələr üzərində işləyərkən, mühasiblər müqavilənin şərtlərini pozan tərəfə tətbiq ediləcək sanksiyaları nəzərdə tutan bölməni nəzərdən qaçırırlar. Ən ağrılı yer öhdəliklərin yerinə yetirilməsi müddəti ilə əlaqədardır, xüsusilə də müqavilələr üzrə, hansı ki, xarici iqtisadi fəaliyyətə aid olunmur. Çox vaxt belə müqavilələrdə müddətə əməl olunmur. Mühasib buna zamanında diqqət yetirməli və onu ya kredit və ya da debitor borcu kimi qeyd etməlidir. Əks təqdirdə, auditor və ya vergi orqanı əməkdaşının bu cür söyləməyə haqqı çatır: “Sənədlər üzrə heç nə bilmirəm – bu gəlirlərin gizlədilməsidir”. İkinci tərəfdən alınan penyalar vergitutmaya cəlb olunan bazaya daxildir. Bunu unutmayın.
  1. Elektrik enerjisi, su və qaz sayğaclarıının göstəriciləri çox şeydən xəbər verə bilər. O səbəbdən yoxlayıcı və nəzarətedici orqanlar bu cihazların göstəricilərinə çox diqqət yetirirlər. Burada məntiq çox anlaşılandır. İstehsal vahidi üzrə ehtiyatların dəyəri sabit bir dəyərdir. Əgər, resurslar sənədlərdə göstəriləndən daha çox məsrəf olunubsa, onda bu real istehsal həcminin gizlədilməsidir və gələcək təhqiqatlar üçün əsas verir.

Mühasiblər necə geyinməlidir?!

  1. Çox vaxt müəssisələrdə bilərəkdən istehsal normalarını müəyyən etmirlər. Məsələn, yeyinti sənayesində – reseptura yoxdur, tikinti materialları sənayesində – bu və ya digər məhsulun hazırlanması üçün işlədilən xammal istifadəsinin xərcləri ilə bağlı hesablamalar olmur. Amma, bütün hallarda onları tərtib etmək lazım gələcək.
  1. Bir çox müəssisələrdə kadr işləri üzrə sənədləşmə lazımi səviyyədə aparılmır. Bu iş mühasibə əlavə yük olaraq verilir, həmin səbəbdən o da buna ikinci dərəcəli iş kimi yanaşır və onu yerinə yetirməyə mühasibin çox vaxt zamanı belə çatmır. Belədə nəticə etibarilə, əmək qanunvericiliyinin tələblərinə əməl olunmur və vergitutma ilə bağlı əskiklik ortaya çıxır. Əgər müəssisədə əməkdaşların sayı kifayət qədər çoxdursa və kadr axını da böyükdürsə, bu cür çatışmazlıqlardan böyük cərimələr ortaya çıxa bilər.
  1. Büdcəyə bu və ya digər ödənişlər üçün vergitutma bazası müəyyənləşdirilərkən, çoxlu səhvlərə yol verilir. Korporativ plastik kartlardan istifadə zamanı mühasib üçün çoxlu problemlər ortaya çıxır. Bir qayda olaraq, həmin kart istifadəçiləri müəssisə rəhbərləri olurlar. Əksər vaxtlarda korporativ kartlar vasitəsilə onlar şəxsi istifadələri üçün hansısa malları alırlar və ya xidmətlərdən istifadə edirlər. Mühasib düzgün sənədləşdirmə üçün və vergilərin düzgün ödənilməsindən ötrü həmin faktları zamanında aşkar etməlidir. Şəxsi ehtiyaclardan ötrü alınan bütün şeylərə fərdi mənfəət vergisi tətbiq olunur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email