Mühasiblərin 20-ci Ümumdünya Konqresi

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasiblərin Ümumdünya KonqresiMühasiblərin Ümumdünya Konqresi

1-ci hissə

2-10 noyabr tarixlərində Avstraliyanın Sidney şəhərində Mühasiblərin 20-ci Ümumdünya Konqresi (World Congress of Accountants (WCOA)) keçirilir. Konqresdə 130 ölkədən 6000-dən çox nümayəndə iştirak edir.

Öncə bu konqresin tarixi barədə saytımızın oxucularına qısaca məlumat verək.

Mühasiblərin Ümumdünya Konqresi hər dörd ildən bir keçirilir.

Bu konqres XX əsr ərzində təşkil olunub və tədbirə müxtəlif milli mühasibat təşkilatları sponsorluq ediblər. Hazırda isə konqres Mühasiblərin beynəlxalq federasiyası tərəfindən təşkil olunur. Bu konqres peşəkar mühasiblərə aktual məsələlər və bu peşə ilə bağlı tendensiyalar ətrafında fikir mübadiləsi aparmağa imkanlar yaradır.

İlk konqres 1904-cü ildə ABŞ-ın St. Louis şəhərində Ümumdünya sərgisi zamanı keçirilib. 1952-ci ildən (İkinci dünya müharibəsindən sonra keçirilən ilk konqresdən sonra ) başlayaraq konqres hər beş ildən bir keçirilirdi, 2002-ci ildən başlayaraq isə hər dörd ildən bir keçirilməyə başlanılıb.

İndi isə bu vaxta kimi keçirilən bütün konqreslərin yeri və zamanı barədə məlumat verək:

İl Şəhər Ölkə
1904 I St. Louis ABŞ
1926 II Amsterdam Niderland
1929 III New-York ABŞ
1933 IV London Böyük Britaniya
1938 V Berlin  Almaniya
1952 VI London Böyük Britaniya
1957 VII Amsterdam  Niderland
1962 VIII New-York ABŞ
1967 IX Paris Fransa
1972 X Sidney Avstraliya
1977 XI Münhen Almaniya
1982 XII Mexico Meksika
1987 XIV Tokio Yaponiya
1992 XV Washington ABŞ
1997 XVI Paris Fransa
2002 XVI Hong Kong Çin
2006 XVII İstanbul Türkiyə
2010 XVIII Kuala-Lumpur Malayziya
2014 XIX Roma İtaliya

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Print Friendly, PDF & Email