Mühasiblərlə bağlı yumor

birbank biznes

yumorMühasiblərlə bağlı yumor


Yeni ruslardan biri öz dələduzluqları barədə heç kimə heç nə söyləyə bilməsin deyə, mühasib vəzifəsinə lal-kar bir şəxsi işə götürür. Amma, bir ay sonra həmin mühasib 3 milyon dolları da özü ilə birlikdə götürüb, aradan çıxır.

Yeni rus onu yalnız üç aydan sonra axtarıb tapa bilir və dərhal da onu sorğu-suala çəkir. Yeni rus:

– Pullarım hardadır?

Mühasib susur. Yeni rus:

– Axmaq adam pullarımla nə etmisən?

Mühasib yenə də susur.

–  Tez ol, pulların yerini söylə.

Mühasib susmaqda davam edir.

Bax: Gömrüyü aldadan hiyləgər yəhudi haqqında lətifə

İki saatdan sonra yeni rus anlayır ki, mühasibi lal-kardır. Televiziyalardan birinə gedir və oradan surdo-tərcüməçi (lal-kar adamlar üçün mətni tərcümə edən ) tapır onunla birlikdə qayıdıb, mühasibi sorğu-suala çəkir:

– Qardaş, sən ona de ki, axmaqlıq etməsin, pulları geri qaytarsın.

– Tərcüməçi:

– Əl işarələri ilə mühasibə lazım olan mətni başa salır.

Mühasib işarə ilə nələrsə anladır.

Surdo tərcüməçi:

– Deyir ki, pulları mən almamışam.

Yeni rus tapançanı çıxarıb mühasibin gicgahına dirəyir və qışqırır:

– Əclaf, 3 milyon dollar hanı?

– Tez ol söylə, yoxsa qafana sıxacam.

Lal-kar mühasibi tər bürüyür və tez əlləri ilə nəsə işarə edir:

– Bütün pullar evimin yanındakı sarayın arxasında yerə basdırdığım qəhvəyi çemodandadır. Yalvarıram, məni öldürməyin! Hamısını qaytaracam, bir dollar da olsun xərcləməmişəm.

Yeni rus surdo-tərcüməçidən mühasibin nə dediyini soruşur:

– Hə, indi nə deyir?

Tərcüməçi:

– Deyir ki, istəyirsən atəş aç, onsuz da heç nə deməyəcəm.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email