Mülki məcəllədə dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Mülki Məcəllə dəyişikliklər Mülki MəcəllədəAzərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (mülki məcəllə)

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3,

maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3,

maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 8, maddə 1369; Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1640-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 35-ci maddə üzrə:

1.1.1. 35.4-cü maddədə “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə” sözləri “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;

1.1.2. 35.7-ci maddədə “olanların” sözləri “olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların” sözləri ilə əvəz edilsin.”;

1.2. 38.2-ci maddədə “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisəsinə” sözləri “sosial xidmət müəssisələrinə” sözləri ilə əvəz edilsin;

1.3. 1103-cü maddə üzrə:

1.3.1. 1103.2-ci maddədə “tərbiyə, müalicə müəssisəsində” sözləri “sosial xidmət müəssisəsində” sözləri ilə əvəz edilsin;

1.3.2. 1103.3-cü maddədə “təhsil, tərbiyə, müalicə müəssisəsinin” sözləri “sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

1.3.3. 1103.4-cü maddədə “təhsil, tərbiyə, müalicə müəssisələrinin” sözləri “sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

1.4. 1104.3-cü maddədə “tərbiyə, müalicə müəssisəsində” sözləri “ sosial xidmət müəssisəsində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mülki məcəllə, mülki məcəllə
Print Friendly, PDF & Email