Mülki Məcəllədə dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

MülkiAzərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Bax: Vergi məcəlləsinin 44.5-ci maddəsində dəyişiklik edilib
Azərbaycan Respublikasının Mülki Məcəlləsində

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2, I kitab, maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12, I kitab, maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 47.1-ci maddənin ikinci cümləsində “Bir” sözü “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir” sözləri ilə əvəz edilsin.

2. 49.1-ci maddənin ikinci cümləsində “nizamnamə ilə” sözləri “, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə” sözləri ilə əvəz edilsin.

3. 49-1-ci maddə üzrə:

3.1. 49-1.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 49-1.1.9-cu maddə əlavə edilsin:

“49-1.1.9. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş, müvafiq olaraq, banklara və investisiya fondlarına aidiyyəti olan digər şəxslər.”;

3.2. 49-1.3-cü maddənin birinci cümləsində “və ya” sözlərindən sonra “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

3.3. 49-1.6-cı maddədə “və ya” sözlərindən sonra “digər” sözü əlavə edilsin.

Bax: Fiziki şəxslərin mallarının gömrükdən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarında dəyişiklik edilib

4. Aşağıdakı məzmunda 55.6-cı maddə əlavə edilsin:

“55.6. Bankların yenidən təşkili “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

5. 59-cu maddə üzrə:

5.1. 59.2.3-cü maddədə “Məcəllədə” sözündən sonra “, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında” sözləri əlavə edilsin;

5.2. 59.3-cü maddənin birinci cümləsində “orqanı” sözündən sonra “(qurumu)” sözü əlavə edilsin;

5.3. aşağıdakı məzmunda 59.8-ci maddə əlavə edilsin:

“59.8. Yerli bankların, onların filial, şöbə və nümayəndəliklərinin, habelə xarici bankların yerli filial və nümayəndəliklərinin ləğvi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.”.

6. 60-cı və 61-ci maddələrin mətnində ismin müvafiq hallarında “təsviyəçi” sözündən sonra ismin müvafiq hallarında “, ləğvedici” sözü əlavə edilsin.

7. 63.2-ci maddədə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi” sözləri “, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin.

8. 91.1-ci maddənin dördüncü cümləsində “və (və ya)” sözləri “və ya” sözləri ilə əvəz edilsin.

9. 98-ci maddə üzrə:

9.1. 98.3-cü maddədə “bu Məcəllədə” sözləri “ müvafiq olaraq, bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarında” sözləri ilə əvəz edilsin;

9.2. 98.7-ci maddədə “bu Məcəlləyə” sözləri “, müvafiq olaraq, bu Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin;

9.3. 98.11.3-cü maddədə “bu Məcəllə” sözləri “müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin;

9.4. 98.13-cü maddədə “bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri “, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin;

9.5. aşağıdakı məzmunda 98.15-ci maddə əlavə edilsin:

“98.15. Bu Məcəllənin 98.4-cü, 98.5-ci və 98.11.1-ci maddələrində qeyd edilmiş məsələlərlə əlaqədar banklara, sığortaçılara və qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə münasibətdə “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarının müddəaları tətbiq edilir.”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

10. 99.3-cü maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir.”.

11. 102.5-ci maddədə “Cəmiyyətin” sözü “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, cəmiyyətin” sözləri ilə əvəz edilsin.

12. 103-cü maddə üzrə:

12.1. 103.1-ci maddənin ikinci cümləsində “bu Məcəllə” sözləri “, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin;

12.2. 103.2-ci maddənin ikinci cümləsində “orqanı” sözündən sonra “və maliyyə bazarlarına nəzarət orqanı” sözləri əlavə edilsin;

12.3. 103.5-ci maddənin ikinci cümləsində “Əgər” sözü “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, əgər” sözləri ilə əvəz edilsin.

13. 105.4-cü maddədə “Səhmdar” sözü “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdar” sözləri ilə əvəz edilsin.

14. 107-ci maddə üzrə:

14.1. 107.4-cü maddənin birinci cümləsində “və (və ya)” sözləri “və ya” sözləri ilə əvəz edilsin;

14.2. 107.4-cü maddənin dördüncü cümləsində “Səhmdarların” sözü “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların” sözləri ilə əvəz edilsin;

14.3. 107.5-ci maddəsində “bu Məcəlləyə” sözləri “, müvafiq olaraq, bu Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.

15. 107-1.3-cü və 107-1.6-cı maddələrin birinci cümlələrində “Səhmdarların” sözü “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların” sözləri ilə əvəz edilsin.

16. 107-2-ci maddə üzrə:

16.1. 107-2.1-ci maddəyə “altmış” sözündən əvvəl “ən azı” sözləri əlavə edilsin;

16.2. 107-2.2-ci maddənin üçüncü cümləsində “Yenidən” sözü “Banklar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, yenidən” sözləri ilə əvəz edilsin;

16.3. 107-2.3-cü maddənin ikinci cümləsində “Təkrarən” sözü “Banklar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, təkrarən” sözləri ilə əvəz edilsin.

17. 107-10-cu maddə üzrə:

17.1. 107-10.2-ci maddədə “bu Məcəllə ilə” sözləri “, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin;

17.2. 107-10.3-cü maddədə “cəmiyyətin nizamnaməsi ilə” sözləri “, müvafiq olaraq, cəmiyyətin nizamnaməsi, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə” sözləri ilə əvəz edilsin;

17.3. 107-10.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“107-10.5. Cəmiyyətin icra orqanı üzvlərinin şəxsi marağı ilə cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən, habelə bu Məcəllənin 49-1.6-cı maddəsində nəzərdə tutulmuş hallarda cəmiyyətin icra orqanının rəhbəri və ya digər üzvləri müvafiq məlumatı cəmiyyətin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda, səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidirlər. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanılması, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, müvafiq idarəetmə orqanının qərarı əsasında həyata keçirilə bilər.”.

18. Aşağıdakı məzmunda 107-11.7-ci maddə əlavə edilsin:

“107-11.7. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir.”.

19. 108-ci maddə üzrə:

19.1. 108.1-ci maddənin ikinci cümləsində “bu Məcəllə” sözləri “, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin;

19.2. 108.2-ci maddədə “Səhmdar” sözü “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdar” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email