Müraciətə nə vaxt baxılmalıdır??? (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

MüraciətIV hissə.

Canlı yayım və telefon vasitəsilə edilən müraciətlər necə tənzimlənir?

Canlı yayımlanan teleradio verilişi zamanı çıxış üçün proqramda iştirak edən şəxs müraciəti şifahi şəkildə dərhal cavablandıra bilərsə, bu halda heç bir əlavə araşdırma aparmadan cavablandırmaq ixtiyarına malikdir.

Əgər müraciətin əlavə araşdırılması zəruridirsə, bu halda dərhal vətəndaşın müraciəti qeydə alınmalı və ona yazılı qaydada daxil olmuş müraciətlərlə bağlı prosedur tətbiq olunmalıdır. Bu halda müraciət edən şəxslə bağlı tələblər və cavablandırma müddəti də əvvəlki hissələrdə göstərilən qaydada olacaqdır.

Telefon müraciət xidməti vasitəsilə müraciətlərin edilməsi zamanı bilinməsi gərəkən ilk hal müraciətlərin iş günü və iş vaxtı ərzində edilməsidir. Bir qayda olaraq əksər müəssisələrdə iş günlərinin həftənin 1-5-ci günləri, iş vaxtının isə 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək olduğunu xatırlatmaq istərdik. Qeyri-iş günlərində isə edilən müraciətlər qeydə alınmır və baxılmır.

Müraciət telefon vasitəsilə edildikdə mütləq qaydada müraciət edən şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə nömrəsi bildirilməlidir. Əks halda müraciətlərə baxılmayacaqdır.

Onu da qeyd edək ki, müraciətə baxan subyektlərin şəxsi məlumatlandırmaqla audioyazı aparmaq hüququ var. Müraciət edən şəxs təhqir və böhtana yol verdikdə müraciətə baxılmaqdan imtina edilir.

Telefonla müraciət zamanı müraciət qeydə alındıqdan sonra müraciətin dərhal cavablandırılması mümkün olmadıqda müraciət vərəqəsi tərtib edilir və 1 iş günü müddətində müraciət edənlə əlaqə saxlanılaraq ona müraciətinə baxan şəxs və ya struktur bölmə barədə məlumat verilməlidir.

Müraciətə isə qanunvericiliklə müəyyən edilmiş və əvvəlki hissədə göstərilmiş müddətlərdə cavab verilməsi təmin edilməlidir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Yazının 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email