Müraciətə nə vaxt baxılmalıdır??? (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

müraciət

Müraciətə nə vaxt baxılmalıdır???


Müraciətə nə vaxt baxılmalıdır? (müraciətlər, baxılma qaydası, müddətlər) 

Gündəlik həyatda ən çox baş verən hallardan biri də hansısa xidmətlə əlaqədar müəyyən idarə, müəssisə və ya təşkilata edilən müraciətlərdir. Mövzu çərçivəsində əvvəla müraciətlərin növləri barədə öyrənmək yerinə düşərdi.
Bu mövzunun izahı zamanı başlıca olaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa və müvafiq olaraq digər qanunvericilik aktlarından istifadə olunacaqdır.
1-ci hissə.
Hansı müəssisələr üçün müraciətlərə baxılma qaydası adıçəkilən qanunla tənzimlənir?
Mövzu ilə əlaqədar olaraq xatırladaq ki, qanun vətəndaşların
  • dövlət orqanlarına, bələdiyyələrə, dövlət və ya bələdiyyə məxsus nəzarət zərfinə malik hüquqi şəxslərə, büdcə təşkilatlarına,
  • ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, yəni publik hüquqi şəxslər, sığorta şirkətləri, banklar, ictimai birlik, fond, dini qurum, kredit təşkilatları, investisiya fondları, özəl (qeyri-dövlət) sosial fondlar, qiymətli kağızlar bazarında fəaliyyət göstərən hüquqi şəxslər, poçt müəssisələri, sərnişin, yük daşıma həyata keçirən hüquqi şəxslər, telekommunikasiya xidməti göstərən, kiv ilə məhsullarının istehsal və ya yayılmasını həyata keçirən, o cümlədən
  • illik gəliri 120 milyon manat, hesabat ili ərzində işçilərinin orta hesabla sayı 1500 nəfər olan və balansın yekun məbləği 300 milyon manat olan
hüquqi şəxslər üçün məcburi qaydada tətbiq edilməlidir.
Qeyd etmək lazımdır ki, bu qanunda göstərilən bir sıra hallarda nəzərdə tutulan tələblərə əməl edilməməsinə görə vəzifəli şəxslər ya xəbərdarlıq edilir, ya da 100 AZN məbləğində, hüquqi şəxslər isə 200 AZN məbləğində cərimə olunur.
Qanuna görə müraciət dedikdə müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət başa düşülür.
Print Friendly, PDF & Email