Mutasiyaya uğramış koronavirus Avropa bazarlarını çökdürdü

posted in: Xəbər | 0
birbank biznes

peşə xəstəliyiMutasiyaya uğramış koronavirus Avropa bazarlarını çökdürdü.

Böyük Britaniyada aşkar olunmuş koronavirusun yeni ştammı Avropa bazarlarını çökdürüb. Bunu investing.com portalının məlumatları da təsdiq edir.

Funt-sterlinq artıq məlumata görə öz dəyərini 2,2 faiz itirərək, bir funta görə 1,32 dollara düşüb. Britaniya fond birjasının aparıcı indeksi olan FTSE 100 həmin vaxta kimi 3 faiz dəyər itirib.

Dünyada koronavirusun yeni, daha yoluxucu ştammlarının yayılması və iqtisadiyyata təsirləri ilə bağlı investorlar arasında yaranan çaxnaşma, digər Avropa bazarlarında da enişə gətirib çıxarıb. DAX alman indeksi və CAC 40 fransız indeksi müvafiq olaraq 3,6 faiz, İBEX 35 ispan indeksi 4,2 faiz, FTSE MIB italyan indeksi isə 3,5 faiz azalma yaşayıb. Euro Stoxx Avropa indeksi də 3,7 faiz enişlə üzləşib.

Bazar ertəsi Brent markalı neftin qiyməti bir barrel üçün 50 dollardan aşağı düşüb, WTI markalı neft isə daha yoluxucu virus xəbərləri fonunda 46,48 dollara kimi enişə məruz qalıb. Neftin qiymətinin aşağı düşməsi, rus rublundan da təsirsiz ötüşməyib. Belə ki, 1 avro 91,6 rubla, dollar isə 75,4 rubla kimi yüksəlib.

Böyük Britaniya mutasiya edən koronavirusun aşkarlandığını ötən həftə bildirmişdi. Britaniya hökuməti xəbərdarlıq edib ki, virusun yeni ştammı digər məlum variantlarından daha tez yayılır. Artıq 20-dən çox ölkə krallıqla nəqliyyat əlaqəsini dayandırıb və ya məhdudlaşdırıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email