Müvəqqəti vergi rejimi hansı dövrü əhatə edir?

posted in: Xəbər | 0
birbank biznes

səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsinə əlavə edilən 222.2-ci maddəyə əsasən, müvəqqəti vergi rejimi müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir.

Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, 1 yanvar 2021-ci ildən müvvəqqəti vergi rejimi ilə bağlı bütün güzəştlərin və vergi tətillərinin tətbiqi ləğv edilir.

Məsələn, mikrosahibkarlıq subyekti olan vergi ödəyicisi üçün sadələşdirilmiş vergi dərəcəsinin faiz dərəcəsi 2-dən 1-ə endirilsə də, 1 yanvar 2021-ci ildən həmin vergi ödəyiciləri sadələşdirilmiş vergini 2 faizlik vergi dərəcəsi ilə hesablayacaqlar.

Müvəqqəti vergi rejimi tətbiq edilən vergi ödəyicilərinin digər vergi öhdəliklərində güzəşt nəzərdə tutulurmu?

Vergi Məcəlləsinə əlavə edilən 222.6-cı maddəyə əsasən, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin şamil edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. Məsələn, hazırlıq kursunun təşkili ilə məşğul olan vergi ödəyicisi dividend əldə edərkən hər hansı güzəşt nəzərdə tutulmur və ödəmə mənbəyindən 10 faiz dərəcə ilə vergi hesablanmalıdır.

Mənbə: vergiler.az


Bax: Pandemiya dövründə səyyar vergi yoxlamalarının müddəti necə tənzimlənir?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email