Müxtəlif debitor və kreditorlarla hesablaşmaların uçotu

posted in: Uncategorized | 0

Müxtəlif debitor borcu dedikdə başqa müəssisələrin, işçi­lə­r­in və fiziki şəxs­lərin müəssisəyə olan borcları başa düşülür. Belə borclara mal əmə­liy­yat­ları ilə əlaqədar olmayan borclar daxildir.


Müəssisəyə borcu olan digər müəssisə, idarə və şəxslər debitorlar sayılır.


Müxtəlif kreditor borcu isə müəssisənin başqa müəs­si­sə­yə, fiziki şəxsə, işçi­lərinə olan borcu hesab olunur və hə­min borcu olan müəssisə kreditor sayılır.


Mühasibat uçotu balansında debitor və kreditor borc­ları, onun formaları üzrə əks olunur.


Müxtəlif təsərrüfat əməliyyatları ilə əlaqədar ola­raq kommunal təsər­rüfat orqanları, nəqliyyat müəs­si­sə­lə­ri, işçi heyyəti ilə deponent­ləşmiş əmək haqqı, icra vərəqəlir və sairə üzrə müxtəlif debitor və kreditor borcları ya­ra­nır. Deyildiyi kimi, bu kimi debitor və kreditor borcları qeyri-mal əmə­liy­­yat­ları ilə əlaqədar olaraq yaranır.


Müxtəlif debitor və kreditorlarla hesablaşmaların uçotu 76 saylı «Müx­təlif debittor və kreditorlarla hesab­laş­malar» aktiv-passiv hesabın­da, kassa hesa­batı, bank çıxarışları, icra vərəqələri və digər sənədlər əsasında aparılır.


76 «Müxtəlif debitor və kreditorlarla hesab­laşmalar» hesabı 60 «Mal­satan və podratçılırlı he­sab­laşmalar» və 75 «Təhsisçilərlə hesablaşmalar» he­sab­larında əks olunmayan bütün növ əməliyyatlar üzrə müxtəlif təşkilatlarla, çeklə ödənilmiş xidmətlərə görə nəqliyyat (dəmiryolu və su yolu) təşkilatları ilə, müəssisənin işçi heyyətinin əmək haqqılarından məhkəmə orqan­ları­nın qə­rarları və sairə əsasən müxtəlif təşkilat və şəxslərin xeyrinə tutulmuş məbləğlər üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirməyi nəzərdə tutur.


76 «Müxtəlif debitorlar və kreditorlarla he­sab­laşmalar» hesabı­nın kredit qalığı (saldosu) müəs­si­sə­nin müxtəlif təşkilatlara olan borcunu göstərir. Kre­di­tor borcunun ödənməsi zamanı 50 «Kassa», 51 «He­sablaşma hesabı»nın kredi­ti və 76 «Müx­təlif de­bi­tor və kreditorlarla hesablaşmalar» he­sa­bı­nın debetinə yazılış edilir. Hesabın debet qalığı müəs­si­sə­lərin və ayrı-ayrı şəxslərin müəs­si­səyə olan bor­cunu göstərir. Debi­tor­lar­dan ödənilən borc­la­rın məbləği hesabın kreditində əks olunur.


76 «Müxtəlif debitor və kreditorlarla hesab­laş­malar» hesabı üzrə analitik uçot hər bir debitor və kre­di­tor üzrə aparılır.

«Mühasibat uçotu haqqında» Azərbaycan Res­pub­li­kasının 24 mart 1995-di il Qanununun 22-ci mad­də­si­nin 5-ci bölməsində əsasən iddi müddəti keçmiş debitor borcları, alınması mümkün olmayan digər ümidsiz borclar müəs­si­sənin rəhbərinin qərarı ilə təsərrüfat fəaliyyətinin nəti­cə­lərinə, idarələrdə isə maliyyələşmənin (fondların) azal­dıl­masına silinir.


Borclunun ödəmə qabiliyyətinin olmaması üzün­dən zərərə silinən borc məbləği onun ləğv olunması de­mək deyildir. Həmin borc məbləği borclunun əmlak və­ziy­yəti dəyişdiyi zaman, onun tutulması imkanlarına nə­zarət etmək üçün silindiyi gündən başlayaraq beş il müd­­dətinə balans­arxası hesabda əks olunur. Debitor bor­cunun silinməsi müəssisə rəhbər­inin əmri ilə sənəd­ləşdirilir və bununla əlaqədar aşağıdakı yazılış aparılır:

Debet 80 «Mənfəət və zərər».

Kredit 61 «Verilmiş avanslar üzrə hesablaşmalar».

Kredit 62 «Alıcılar və sifarişçilərlə hesablaşmalar».

Kredit 76 «Müxtəlif debitor və kreditorlarla hesab­laşmalar».

Müəssisə balansından silinmiş debitor borcu 007 «Zərərə silinmiş ümidsiz debitor borcları» ba­lans­­arxası hesabında əks olunur.


İddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri Azər­bay­can Respublikası qanunvericiliyində başqa hallar nəzərdə tutulmadıqda dövlət büdcəsinə köçürülür.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *