fbpx

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (5-ci hissə)

posted in: Vergi, Xəbər | 0

gəlir vergisiMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (5-ci hissə)

4-cü hissəni oxumaq üçün keçidə daxil olun.


Vergilər üçün vətəndaş müharibəsi

Napoleon müharibələrindən sonra məhz, vergi məsələləri ABŞ və digər ölkələrdə əhali arasında köklü dəyişikliklərə səbəb oldu.

Kontinental Avropadan Amerikaya gələn mühacirlərin sayı 1820-ci illərin əvvəllərindəki 10 min nəfərdən 1826-cı ildə 15 min nəfərə və 1828-ci ildə isə 30 minə qədər artdı.

1832-ci ildə mühacirlərin sayı 50 min nəfəri ötdü və beləliklə də Amerika sürətlə avropalaşmağa başladı.

Avropa ölkələrində Napoleon müharibələri dövrünün sonunda vergitutma səviyyəsi bütün təsəvvür edilən məhdudiyyətlərdən üstün idi. Böyük Britaniyada parlament çevrilişi nəticəsində gəlir vergisi ləğv edilmiş, 1820-ci illərdə isə aksiz vergisi tədricən azalmışdır.

Ancaq kontinental Avropada bu belə deyildi – vergi yükü yalnız artırdı və onun ödənişi ilk növbədə kəndlilər və kiçik tacirlərin üzərinə qoyulurdu. Sərhədlərdə on minlərlə daxili ticarət maneələri var idi və bütün mallar tam şəkildə rüsumlara məruz qalırdı.

Avropalıların gözündə ABŞ yenilikçi ölkə idi: onların ordusu Prussiya ordusunun cəmi 20% – ni təşkil edirdi, adambaşına düşən vergilər isə Böyük Britaniyada olduğundan 10 dəfə az idi.

Avropalılar inana bilmirdilər ki, ABŞ-da səkkiz işçi atı olan təsərrüfat ildə yalnız 12 dollar vergi ödəyir.

Lakin, ABŞ-da vətəndaş müharibəsi zamanı vergi məsələləri yeni qüvvə ilə gündəmə gəldi. Köləlik məsələsi həll edilsə belə, hələ də Cənub əyalətlərini şimal əyalətlərindən ayırmaq olardı. Şimallılar yüksək gömrük tariflərinə üstünlük verdilər, cənublar isə aşağı tariflərə. Buna görə şimallılar dolayı vergitutma, cənublular isə birbaşa vergitutma üçün çıxış etdilər.

Müharibə başladıqdan sonra, Cənubdan izolə edilmiş Şimalda 1861-ci ildə tariflər daha da artırıldı və federal birbaşa gəlir vergisi tətbiq olundu. Müharibə zamanı onu toplamaq çətin idi, buna görə müharibə başa çatdıqdan sonra hərbi borcun maliyyələşdirilməsi üçün təxminən təkrar 3 milyard dollarlıq vergi inqilabına əl atıldı və 1866-cı ildə 3-5%  federal şəxsi gəlir vergisi (vergi 1872-ci ildə ləğv edildi) tətbiq olundu.

1913-cü ildə Birinci Dünya Müharibəsinin başlanmasından əvvəl prezident Vudro Vilson administrasiyası növbəti vergi inqilabını həyata keçirərək mütərəqqi gəlir vergisinin dərəcəsini sürətlə artırmağa başladı.

Uoll-stritin nümayəndələri bildiriblər ki, bu qanunvericilik zəngin insanlara qarşı yönələn sırf sinfi xaraker daşıyır.


6-cı hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müxtəlif ölkələrdə vergilər,
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!