Muzdla çalışan işçilərin orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0
birbank biznes

Yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 24,9 faiz artaraq 728,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmək haqqı neft-qaz sektorunda 3693,1 manat, qeyri neft-qaz sektorunda 663,7 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 625,9 manat, özəl müəssisələrdə isə 863,7 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksəkdir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email