fbpx

Azərbaycanda muzdlu işçilərin sayı 5,5% artıb

posted in: Xəbər | 0
birbank biznes

Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 1 639,1 min nəfər olub ki, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. (muzdlu işçi)

İqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 604,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,6%-i tikintidə, 7,5%-i emal sənayesində, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olublar.

Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7% artaraq 603,5 manat təşkil edib.

Əmək haqqı neft-qaz sektorunda 3 068,9 manat, qeyri neft-qaz sektorunda 547,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 494,8 manat, özəl müəssisələrdə isə 742,3 manat olub.

Mənbə: apa.az



Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!