Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində müavinətlər necə göstərilməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

muzdlu işSual : Bildiyimiz kimi, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Bundan başqa, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət, uşağın 3 yaşı tamam olanadək ona qulluqla bağlı verilən müavinətlər və digər bu kimi müavinətlər məcburi dövlət sosial sığorta haqları hesabına DSMF tərəfindən ödənilir.

Sualım budur ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinini tərtib edərkən yuxarıda sadaladığım müavinətlər – gəlir kimi bəyannamədə göstərilməlidir? Əgər göstərilməlidirsə muzdlu işlə əlaqədar hesablanmış gəlirin məbləğ təsnifatı hesablanarkən hansı göstəricilərdə qeyd olunmalıdır?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən digər işəgötürənlərin işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirliməsinə görə ödənilən müavinətlərin bəyannamədə əks etdirilməsi məqsədi ilə Vergilər Nazirliyinin 06.06.2017-ci il tarixli 1817040100368600 nömrəli əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar Hesablamalar” və “Hesabat dövrünün 1-ci, 2-ci və 3-cü ayı üzrə hesablamalar” bölmələrinə “AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun qurumları tərəfindən digər işəgötürənlərin işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər üzrə hesablamalar” adlı 901-1-ci, 901.4-1-ci, 901.5-1-ci və 901.6-1-ci sətirlər əlavə edilmişdir. Belə ki, həmin bəyannamənin 1-ci hissənin 901-1 kodlu sətrində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin ilk 14 təqvim günündən sonrakı günlərə görə ödənilən hissəsi üzrə müavinət ödənilmiş digər işəgötürənlərin işçilərinin sayı, onlara hesablanmış müavinətin və bu müavinətla əlaqədar verginin məbləğlərinin cəmli, 2-ci hissənin 901.4-1, 901.5-1 və 901.6-1 kodlu sətirlərində isə hesabat dövrünün 1-ci, 2-ci və 3-cü aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin ilk 14 təqvim günündən sonrakı günlərə görə ödənilən hissəsi üzrə müavinət ödənilmiş digər işəgötürənlərin işçilərin sayı, onlara hesablanmış müavinətin və bu müavinətla əlaqədar verginin məbləği qeyd edi­lir. Bəyannamənin qeyd edilən sətri yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən doldurulur və bu rəqəmlər bəyannamə təqdim edənin cəm rəqəmlərinə daxil edilmir. Bununla belə, sorğunuzda qeyd edilən digər dövlət müavinətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənildiyi üçün həmin dövlət müavinətləri işəgötürən tərəfindən təqdim edilən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ndə əks etdirilmir.

Bax: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun 6-cı maddəsi və Vergilər Nazirinin 06.06.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email