İlin birinci yarısında nə qədər vergi ödəyicisi qeydə qalınıb??

posted in: Xəbər | 0
birbank biznes

vergi ödəyicilərinin qeydiyyatıBu ilin birinci yarısında vergi ödəyicilərinin qeydiyyatı və uçotu sahəsində müsbət dəyişikliklər müşahidə olunub, qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 40 min 706 (6 min 33 hüquqi şəxs, 34 min 673 fiziki şəxs), fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı isə 47 min 477 təşkil edib.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin ümumi sayı fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayından 6 min 681 vergi ödəyicisi qədər çox olub. Həmin dövrdə 8501 NKA qeydiyyata alınıb, POS-terminalların sayı son bir ildə 36 faiz çoxalıb.

Həmçinin bax: Yarım ildə vergi orqanlarına nə qədər müraciət daxil olub??

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email