Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması

posted in: Xəbər | 0

Yoxlama kassa nazirXidmətin adı: Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə

– Servis Texniki Xidmət Mərkəzinin (STXM) plombun zədələnməməsi barədə aktı (fiskal yaddaşın göstəricisi əks etdirilməklə)

– EMQ-nin və ya ENL-nin işlək vəziyyətdə olmasını təsdiq edən akt

– NKA-nın fiskal yaddaşının göstəricisi əks olunmuş çek (baş vermiş yanğın nəticəsində NKA yanarsa bu halda vergi ödəyicisi tərəfindən ərizə ilə birlikdə yanğın mühafizə şöbəsinin (bölməsinin) və STXM-in NKA-nın fiskal yaddaşının çıxarılmasının mümkünsüzlüyü barədə arayışı, NKA oğurlanarsa, itirilərsə isə – ərizə ilə birlikdə müvafiq polis şöbəsinin(bölməsinin) arayışı vergi orqanına təqdim edilir)

Qeyd: sənədlərin tarixləri ərizənin təqdim edildiyi gündən ən çoxu 2 iş günü əvvələ ola bilər.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– NK-nın  28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və

uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: çatışmazlıqlar aşkar edilmədikdə 2 iş günü – vergi borcu olduqda 20 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması barədə bildiriş və ya NKA-nın qeydiyyatdan çıxarılmasının təxirə salınması barədə məktub (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *