fbpx

Doqquz ayda paytaxt üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əmək haqqı artıb

posted in: Xəbər | 0

orta aylıq əmək haqqıƏmək haqlarının, iş yerlərinin və dövriyyələrin artırılması istiqamətində ölkə üzrə həyata keçirilən islahatlar müsbət bəhrəsini verməkdədir. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 68 min 876 nəfər artaraq 773 min 647 nəfər təşkil edib. İdarənin hesabatına əsasən, 8 ayda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əmək haqqı da yüksəlib. Belə ki, orta aylıq nominal əmək haqqı 4,4 faiz artaraq 822,2 manat olub.

Paralel olaraq paytaxtın ictimai iaşə dövriyyəsində də ciddi artım müşahidə olunub. Belə ki, Bu ilin yanvar-sentyabr aylarında paytaxtın ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 755,6 milyon manat olub. Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 350,1 milyon manat təşkil edib.

Mənbə: vergiler.az



Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!