Bank tərəfindən ödəmə mənbəyində tutulan vergi hansı halda geri qaytarılır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Elektron ticarət zamanı ƏDV

Müasir dünyada elektron ticarət böyük surətlə inkişaf edir, beynəlxalq iqtisadiyyatı onsuz təsəvvür etmək çətindir. Bu inkişaf vergi qanunvericiliyinin elektron ticarətin inkişafına uyğunlşdırılmasın, elektron ticarətdə əlavə dəyər vergisi (ƏDV) hesablanması, həmçinin ödəmə mənbəyində vergi tutulması məqsədi ilə normativ aktların hazırlanması zəruri edir. Belə ticarət zamanı vergilərin hesablanması, o cümlədən ödəmə mənbəyində tutulan vergilər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəaları ilə nizamlanır.

”Elektron ticarət haqqında”  Azərbaycan Respublikasının qanunu belə ticarət zamanı alıcılar və satıcılar, həmçinin digər iştirakçılar arasında  iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

“Elektron ticarət haqqında” AR qanunu, 1.0.1 maddəsinə görə:

“Elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət növüdür”.

E-ticarət qaydasında ƏDV məqsədləri üçün işlərin görüldüyü (yaxud xidmətlərin göstərildiyi) yer kimi alıcının olduğu yer tanınır (VM, 68.1.5). Belə ticarət zamanı banklar tərəfindən  ödəmə mənbəyində ƏDV tutularaq büdcəyə köçürülür. “Elektron ticarət zamanı ƏDV hesablanması” adlı məqaləmizdə bu haqda ətraflı məlumat verilib. Əgər alıcı xaricdən alınan xidmətdən imtina edərsə, bank tərəfindən tutulmuş ödəmə mənbəyində vergi geri qaytarılırmı?

Elektron ticarətdə ödəmə mənbəyində tutulan verginin geri qaytarılması

Yuxarıda qoyulmuş sual taxes.gov.az saytında sual-cavab formasına şərh edilib. Həmin sual-cavabı olduğu kimi sizə təqdim edirk.

Sual: Əgər xaricdən-internet üzərindən xidmət alıramsa və bu da ƏDV-yə cəlb oluunursa, və sonradan həmin xidmətdən imtina olunursa və ödənilmiş məbləğ tamamilə geri qaytarılırsa, məndən əvvəldə tutulan ƏDV də geri qayıdır? (ödəmə mənbəyində tutulmuş ƏDV, EDV)

Cavab: Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən tutulan ödəmə mənbəyində vergi (əlavə dəyər vergisi) məbləği geri qaytarılır. Əlavə dəyər vergisi məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur (əsas: Vergi Məcəlləsi, 169-cu maddə).”

Ödəmə mənbəyində vergi tutulması haqqında kiçik arayış

Vergi Məcəlləsi müxtəlif vergi növlərini təyin edir, ödəmə mənbəyində tutulan vergi bu siyahıya aid deyil, sərbəst vergi növü sayılmır. Bu vergi müəyyən xərclər nəzərə alınmadan tətbiq olunan vergitutma formasıdır. Onun ödəyicisi gəliri əldə edən deyil, həmin gəliri ödəyən fərdi ahibkar və hüquqi şəxslərdir.   

Gəlirdən  ödəmə mənbəyində vergi  tutulması:

• vergi inzibatçılığının bir hissəsidir;

• ümumi vergitutmanı optimallaşdırmaq məqsədi ilə tətbiq olunur.

Elektron ticarət ilə yanaşı digər hallarda da tətbiq olunan ödəmə mənbəyində tutulan vergilər (ÖMV) haqqında saytımızdan daha geniş məlumat ala bilərsiniz.


Print Friendly, PDF & Email