fbpx

Bu halda qeyri-rezidentə köçürülmüş pul vəsaitlərinin geri qaytarılması zamanı, ödənilmiş vergi məbləği geri qaytarılır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi məbləği, Konservasiya, əsas vəsaitlər, əmlak vergisi,Bu halda qeyri-rezidentə köçürülmüş pul vəsaitlərinin geri qaytarılması zamanı, ödənilmiş vergi məbləği geri qaytarılır?

Sual: Güzəştli vergi tutulan ölkəyə pul köçürmüşük və ÖMV.sini bəyan edib ödəmişik. Həmin pul 1 aydan sonra geri qayıdıb. Bəyannaməyə dəqiqləşmə verə bilərəmmi?

Cavab: Bildiririk ki, Vergi Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Rezident müəssisə tərəfindən qeyri-rezident şəxsin güzəştli vergi tutulan ölkələrdə olan bank hesabına köçürülmüş pul vəsaitlərinin rezident müəssisənin bank hesabına geri qaytarılması zamanı ödənilmiş vergi məbləğinin nəzərə alınması (geri qaytarılması) vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 128-ci maddəsi.

Mənbə: taxes.gov.az



Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!